BAKI, AzerVoice Azərbaycan İslam Ensiklopediyası
Fəxrəddin Əbu Muhəmməd Osman əl-Arrani yaşadığı dövrün tanınmış mühəddislərindən biri olmuşdur. O, hicri 615-ci ilin səfər ayında (miladi dekabr 1218-ci il) Xarəzmə səfər etmiş, burada dövrün məşhur alimlərindən olan şeyxüş-şüyux Nəcməddin Əbü’l-Cənnab Ömər əl-Xivəgi Xarəzminin tələbəsi kimi təhsil almışdır.
Əl-Arrani müəllimindən Muhyəddin Hüseyn Bəğəvinin (vəfatı 1122-ci il) məşhur çoxcildli hədis külliyatı olan “Şərhü’s-Sünnə” əsərini dinləmiş və bu sahədə elmi biliklərini artırmışdır.
Alimin dəqiq ölüm tarixi mənbələrdə qeyd edilməmişdir. Onun XIII əsrdə yaşadığı məlumdur.
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …