BAKI, AzerVoice
Kuba uzun müddət Venesueladan gələn neft tədarükü hesabına əvəzində "təhlükəsizlik xidmətləri" göstərməklə yaşayıb, lakin indi vəziyyət dəyişib.
AzerVoice xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Kubaya nə neft, nə də pul gedəcək - sıfır! Onlara çox ciddi şəkildə məsləhət görürəm ki, çox gec olmadan sövdələşməyə hazır olsunlar", - deyə Tramp vurğulayıb.
