Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Britaniyada Fələstin tərəfdarı fəallar aclıq elan ediblər

    18 Dekabr 2025 21:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Böyük Britaniyada həbsdə saxlanılan və aclıq aksiyası keçirən səkkiz Palestine Action fəalının həyatı ciddi təhlükə altındadır.

    AzerVoice xəbər verir ki, onları təmsil edən hüquqşünaslar ədliyyə naziri və baş nazirin müavini Devid Lamminin müdaxilə etmədiyi təqdirdə fəalların həbsxanada həyatını itirə biləcəyini bildiriblər.

    Məlumata görə, iki fəal aksiyanın 46-cı gününə, biri isə 45-ci gününə çatıb. Qeyd olunur ki, 1981-ci ildə Şimali İrlandiyada IRA üzvlərindən biri məhz 46-cı gündə aclıq aksiyası zamanı həyatını itirmişdi. Hüquqşünasların Lammi-yə ünvanladığı məktubda ölümlərin artıq “sadəcə ehtimal deyil, real risk” olduğu vurğulanıb.

    Aclıq aksiyasında iştirak edənlərin heç biri hələ məhkum edilməyib. Onlar İsraillə əlaqəli silah şirkətləri və hərbi obyektlərə qarşı etiraz aksiyaları çərçivəsində törədildiyi iddia olunan iki insidentlə bağlı uzunmüddətli istintaq həbsində saxlanılır.

    20 yaşlı fəal Qesser Zuhrah noyabrın 2-dən etibarən qidadan imtina edib. Onun bir neçə gün əvvəl həbsxanada huşunu itirdiyi, saatlarla yerdə qaldığı və daha sonra xəstəxanaya çatdırıldığı bildirilib. Digər fəal – 30 yaşlı Emi Qardiner-Qibsonda isə kognitiv zəifləmə və qan göstəricilərində ciddi azalma qeydə alınıb.

    Hüquqşünaslar aksiyanı 1981-ci ildən bəri Böyük Britaniyada keçirilən ən genişmiqyaslı koordinasiyalı həbsxana aclıq aksiyası adlandırıb. 58 deputatın imzaladığı parlament təşəbbüsündə fəalların vəziyyəti ilə bağlı “dərin narahatlıq” ifadə olunub. Buna baxmayaraq, Devid Lammi hüquqşünaslarla görüşməkdən imtina edib.

    Baş nazir Kir Starmer isə parlamentdə çıxışı zamanı aclıq aksiyaları ilə bağlı mövcud qayda və prosedurlara əməl edildiyini bildirib. Ədliyyə Nazirliyi isə məhbusların sağlamlıq vəziyyətinin daim qiymətləndirildiyini və tibbi zərurət yaranarsa xəstəxanaya yerləşdiriləcəyini açıqlayıb.

    Qeyd olunur ki, fəalların saxlanılması Palestine Action təşkilatının bu ilin iyulunda terror təşkilatı kimi tanınmasından əvvəl baş verən hadisələrlə bağlıdır. Aksiya iştirakçıları təcili girov qarşılığında azadlığa buraxılmağı, təşkilatın qadağasının ləğvini və həbsxanada ünsiyyət məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edirlər.

    #Böyük Britaniyada Fələstin tərəfdarı fəalların aclıq aksiyası həyati təhlükə yaradır #UK həbsxanalarında aclıq aksiyası: hüquqşünaslar hökuməti xəbərdar edir #Palestine Action fəalları: aclıq aksiyası kritik mərhələyə çatıb #Britaniyada həbsdə olan fəalların sağlamlığı ilə bağlı ciddi narahatlıq #Deputatlar UK hökumətini aclıq aksiyası keçirən fəallarla bağlı addım atmağa çağırır #Hunger Strike by Palestine Activists in UK Prisons Raises Fears of Death #Lawyers Warn UK Government Over Critical Hunger Strike in Prisons #Palestine Action Activists Face Life-Threatening Conditions in UK Custody #MPs Voice Alarm Over UK Prison Hunger Strike #UK Justice Ministry Under Pressure Over Palestine Activists’ Hunger Strike
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    18 Dekabr 2025 23:30

    Britaniyada Fələstin tərəfdarı fəallar aclıq elan ediblər

    18 Dekabr 2025 21:23

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    18 Dekabr 2025 20:05

    SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

    18 Dekabr 2025 19:30

    Parisdə Livan Ordusuna dəstək və Hizbullahın tərksilahı müzakirə edilib

    18 Dekabr 2025 19:13

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    18 Dekabr 2025 16:16

    Qəzzada humanitar əməliyyatlar çökə bilər - BMT

    18 Dekabr 2025 11:30

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    17 Dekabr 2025 21:25

    Səudiyyə Ərəbistanına qar yağıb

    17 Dekabr 2025 20:48

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    17 Dekabr 2025 20:10

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    17 Dekabr 2025 19:56

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    17 Dekabr 2025 19:32
    Demo
    XƏBƏR LENTİ

    Qərbi Afrikada Fransanın son vitrini: Benin hadisələri nə deyir?

    Tarixdə bu gün – 19 Dekabr

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

    Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib

    Britaniyada Fələstin tərəfdarı fəallar aclıq elan ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

    Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.