Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

    18 Dekabr 2025 22:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

    Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.

    Nazirliyin açıqlamasında qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra hava məkanının təhlükəsizliyini və mülki əhalinin həyat və əmlakının qorunmasını təmin etmək məqsədilə idarəetmədən çıxmış PUA Türkiyəyə məxsus F-16 qırıcıları tərəfindən müşayiət edilib və zəruri prosedurlar tamamlandıqdan sonra ən uyğun ərazidə nəzarətli şəkildə vurulub.

    Türkiyə MN vurğulayıb ki, hava məkanı ilə bağlı bütün qərarlar mülki aviasiya da daxil olmaqla uçuş təhlükəsizliyi prinsipləri, yaşayış məntəqələri üçün risklərin minimuma endirilməsi və mövcud məlumatların kompleks təhlili əsasında qəbul edilir.

    Açıqlamada qeyd olunub ki, vurulan PUA havada parçalanaraq geniş əraziyə yayılıb və bu səbəbdən bütöv və ya iri qalıqların aşkar edilməsi çətinləşib. Axtarış və texniki araşdırma işlərinin aidiyyəti bölmələr tərəfindən diqqətlə davam etdirildiyi bildirilib.

    Nazirlik əlavə edib ki, Türkiyənin hava məkanına nəzarət 24/7 rejimində radarlar, erkən xəbərdarlıq sistemləri, radioelektron mübarizə vasitələri və ələkeçirmə imkanlarını əhatə edən çoxsəviyyəli inteqrasiya olunmuş arxitektura əsasında həyata keçirilir. Hava hücumundan müdafiə sistemlərinin əsas məqsədi hava məkanına daxil olan obyektlərin vaxtında aşkarlanması, tanınması, izlənməsi və zərərsizləşdirilməsidir.

    Türkiyə MN baş verənlərlə bağlı spekulyativ və dezinformasiyaya əsaslanan iddialara etibar edilməməsinin vacibliyini də vurğulayıb.

    “PUA ilə bağlı proses uğurla idarə olunub və tamamlanıb. Hava hücumundan müdafiə sistemlərimizin zəifliyi ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – deyə nazirliyin açıqlamasında bildirilib.

    #Türkiyə MN: Qara dəniz üzərində PUA ilə bağlı proses uğurla başa çatdırılıb #Ankara Qara dəniz üzərində aşkarlanan PUA-nın zərərsizləşdirildiyini açıqladı #Türkiyə F-16-ları Qara dəniz üzərində nəzarətdən çıxmış PUA-nı vurdu #Türkiyə MN: Hava məkanı 24/7 tam nəzarət altındadır #Qara dəniz üzərində PUA insidenti – Türkiyə MN-dən rəsmi açıqlama #Минобороны Турции: Процесс с БПЛА над Черным морем успешно завершен #Turkish MoD: UAV Incident Over Black Sea Successfully Concluded #Turkey Says Rogue UAV Over Black Sea Neutralized by F-16 Jets #Turkish Defense Ministry Denies Claims of Air Defense Vulnerability #UAV Approaching Turkish Airspace Shot Down Over Black Sea #Turkey Confirms 24/7 Integrated Airspace Control Over Black Sea
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    18 Dekabr 2025 23:30

    Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

    18 Dekabr 2025 22:41

    SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

    18 Dekabr 2025 19:30

    Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

    18 Dekabr 2025 18:19

    Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı 8,5 milyard dollara çatıb

    18 Dekabr 2025 14:14

    Türkiyə Silahlı Qüvvələrinin inventarına Bayraktar TB-3 SİHA daxil edilib

    18 Dekabr 2025 13:09

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    17 Dekabr 2025 21:42

    Türkiyədə FETÖ əməliyyatlarında 90 nəfər həbs olunub

    17 Dekabr 2025 09:16

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Hakan Fidan və Tom Barak Ankarada Suriya və Qəzza məsələlərini müzakirə edib

    16 Dekabr 2025 15:27

    Türk Dünyası üçün yeni vizyon sənədi açıqlanıb

    16 Dekabr 2025 14:27

    Türkiyədə GAİN Medya və bağlı şirkətlərə əməliyyat keçirilib

    16 Dekabr 2025 09:58
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 19 Dekabr

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

    Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib

    Britaniyada Fələstin tərəfdarı fəallar aclıq elan ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

    Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.