Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    18 Dekabr 2025 16:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrail döyüş təyyarələri Livanın cənub və şərqində yerləşən bir sıra ərazilərə hava hücumları həyata keçirib. Hücumlar İsrail ilə Livan arasında 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq davam edir.

    AzerVoice xəbər verir ki, İsrail təyyarələri ölkənin şərqində Baalbek şəhərinin qərbində yerləşən Bavadi qəsəbəsinin ətrafını və Hermel bölgəsinin kənd ərazilərində yerləşən Zagrin məntəqəsini hədəfə alıb.

    Cənub bölgəsində isə Deyr Seryan və Kasir qəsəbələrinin yerləşdiyi ərazilər, Zotar qəsəbəsi, Cizzin bölgəsindəki Reyhan təpələri, həmçinin Curet Hudur, Katrani və Kefr Huna ətrafına hava zərbələri endirilib.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə vurulan bir çox nöqtədən qalın tüstünün qalxdığı müşahidə olunur. Livan rəsmiləri hücumlar nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat açıqlamayıb.

    İsrail ordusu yaydığı yazılı bəyanatda Livanın cənub və mərkəzi bölgələrində çoxsaylı hədəflərə hava zərbələri endirdiyini təsdiqləyib. Açıqlamada, “Hizbullaha məxsus silah anbarları və hərbi infrastrukturlar da daxil olmaqla bir çox obyektin vurulduğu” bildirilib.

    Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlayıb, 2024-cü ilin sentyabrında isə bu hücumlar genişmiqyaslı müharibəyə çevrilib. Münaqişə nəticəsində 4 mindən çox insan həlak olub, təxminən 17 min nəfər yaralanıb.

    27 noyabr 2024-cü ildə atəşkəs razılaşması əldə olunsa da, İsrailin bu razılaşmanı minlərlə dəfə pozduğu bildirilib. İsrail 8 oktyabr 2023-cü ildən sonra Livanda ələ keçirdiyi beş təpəni hələ də işğal altında saxlayır, həmçinin onilliklərdir nəzarətində olan bəzi bölgələrdə mövcudluğunu davam etdirir.

    Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin atəşkəsi pozaraq 27 noyabr 2024 – 27 noyabr 2025 tarixləri arasında həyata keçirdiyi hücumlar nəticəsində 335 nəfər ölüb, 973 nəfər yaralanıb.

    #Livan #Livan xəbərləri #İsrail və Livan münaqişəsi #İsrailin Livandan geri çəkilməsi #İsrail-Livan sərhədi #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir

    20 Yanvar 2026 10:44

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    19 Yanvar 2026 16:05

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Öncə aldadıldıq, sonra bombalandıq – Qəddafinin qızından İrana çağırış

    12 Yanvar 2026 14:52

    Livan ordusu cənubda silah monopoliyasını təmin etdiyini açıqlayıb

    8 Yanvar 2026 11:57

    Aİ Komissiyasının sədri Suriya və Livana səfər edəcək

    5 Yanvar 2026 16:54
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə-İordaniya münasibətlərini gücləndirəcək mühüm qərarlar qəbul etdik - Ərdoğan

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.