Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    18 Dekabr 2025 22:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

    AzerVoice xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    AzerVoice xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılmışdır.

    #Ruben Vardanyan #Bakı Hərbi Məhkəməsi #Zeynal Ağayev #Günel Səmədova #Camal Ramazanov #Anar Rzayev #terrorçuluq #terrorçuluğu maliyyələşdirmə #insanlıq əleyhinə cinayətlər #Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib

    18 Dekabr 2025 21:56

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    16 Dekabr 2025 19:29

    Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

    16 Dekabr 2025 19:25

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    12 Dekabr 2025 20:09

    Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

    12 Dekabr 2025 19:56

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib

    11 Dekabr 2025 21:51

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    9 Dekabr 2025 20:35

    Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib

    9 Dekabr 2025 20:29

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    8 Dekabr 2025 20:43

    Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    8 Dekabr 2025 20:38

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    5 Dekabr 2025 20:22

    Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib

    5 Dekabr 2025 20:14
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 19 Dekabr

    ABŞ, Qətər, Türkiyə və Misir Qəzza üzrə danışıqları Mayamidə keçirəcək

    Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

    Leyla Əliyeva ASAN Məktub sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib

    Britaniyada Fələstin tərəfdarı fəallar aclıq elan ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb

    Əlahiddə Ümumqoşun Ordunun 12-ci ildönümü qeyd edilib

    İsrail maneələri Qəzzada humanitar fəaliyyəti iflic edir - BMT

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.