BAKI, AzerVoice, Orxan Qədirzadə
Fransanın paytaxtı Paris şəhərində keçirilən görüşdə iştirak edən siyasi tərəflər fevral ayında Livan Silahlı Qüvvələrinə dəstək məqsədilə beynəlxalq konfransın təşkili barədə razılığa gəliblər.
AzerVoice xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, əsas diqqət mərkəzində “Hizbullah” qruplaşmasının tərksilahı istiqamətində real irəliləyişin təmin olunması məsələsi dayanıb.
Eyni gündə Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri Livan ordusunun rəhbəri ilə ayrıca danışıqlar aparıblar. Görüşlərin məqsədi “Hizbullah”ın silahsızlaşdırılmasına dair mexanizmin işlənib hazırlanması və bunun üçün yol xəritəsinin yekunlaşdırılması olub.
Məlumata görə, təşəbbüs Livanda dövlət institutlarının gücləndirilməsi və təhlükəsizlik arxitekturasının yenidən qurulması kontekstində dəyərləndirilir.