Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Əsədə qarşı 2013-cü il kimyəvi hücumları ilə bağlı üçüncü beynəlxalq həbs qərarı verildi

    23 Oktyabr 2025 18:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Fransa məhkəmələri bu ilin iyul ayında Suriya keçmiş prezidenti Bəşşar Əsədə qarşı yeni beynəlxalq həbs qərarı çıxarıb.

    AzerVoice xəbər verir ki, bu qərar 2013-cü ildə həyata keçirilmiş ölümcül kimyəvi hücumlarla əlaqədar “insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində şəriklik” ittihamları əsasında verilib.

    Beləliklə, Fransada Əsədə qarşı çıxarılan həbs qərarlarının sayı üçə yüksəlib.

    Məlumata görə, Əsəd hazırda Rusiyada yaşayır.

    Fransa Mətbuat Agentliyinə (AFP) istinadən, Paris müstəntiqləri tərəfindən imzalanan həbs qərarı 29 iyul 2025-ci ildə qəbul edilib - bu, məhkəmənin əvvəlki qərarının ləğvindən bir neçə gün sonra baş verib.

    25 iyul tarixində Fransa Kassasiya Məhkəməsi 2023-cü ilin noyabrında verilmiş ilkin həbs qərarını dövlət başçısının toxunulmazlığına görə ləğv etmişdi,
    çünki həmin vaxt Bəşər Əsəd hələ də Suriya prezidenti idi.

    Lakin 2024-cü ilin 8 dekabrında Əsədin devrilməsindən sonra, məhkəmə yeni həbs qərarlarının verilməsinə hüquqi əsas tanıdı.

    Kimyəvi hücumlar və yeni istintaq

    Milli Antiterror Prokurorluğunun (Pnat) məlumatına görə, yeni həbs qərarı 2013-cü il 5 avqustda Duma şəhərlərinə, eləcə də 21 avqustda Şərqi Qutada həyata keçirilmiş kimyəvi hücumlarla bağlıdır.

    ABŞ kəşfiyyatına görə, bu hücumlar nəticəsində 450 nəfər yaralanıb, 1000-dən çox insan isə sarin qazı ilə zəhərlənərək həlak olub.

    Eyni istintaq çərçivəsində 16 iyulda Suriya Respublika Qvardiyasının 105-ci briqadasının sabiq komandiri Talal Məxluf haqqında da həbs qərarı çıxarılıb.

    2023-cü ilin noyabrında isə oxşar qərarlar Bəşər Əsədin qardaşı Mahir Əsəd, eləcə də yüksək rütbəli zabitlər Qəssan Abbas və Bəssam Həsənə qarşı verilmişdi.
    Jurnalistlərin öldürülməsi və digər cinayətlər

    Fransa məhkəmələri bundan əvvəl də Əsədə qarşı iki beynəlxalq həbs qərarı çıxarmışdı.

    Bu qərarlardan biri 2025-ci il yanvarın 20-də (çıxarılma vaxtı) - 2017-ci ildə Dəraa şəhərində mülki yaşayış məhəllələrinin bombardmanı ilə bağlı,digəri isə,2025-ci il avqustun 19-da, 2012-ci ildə Hums şəhərində jurnalist mərkəzinin bombalanması nəticəsində amerikalı müxbir Meri Kolvin və fransız fotoqraf Remi Oşlikin ölümü ilə əlaqədar.

    Bu hücumda həmçinin fransız jurnalist Edit Buvye, britaniyalı fotoqraf Pol Konroy və suriyalı tərcüməçi Vail əl-Ömər yaralanmışdı.

    Eyni iş çərçivəsində, istintaq hakimləri Mahir Əsəd və Suriya Baş Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Əli Məmluk daxil olmaqla 6 yüksək rütbəli keçmiş suriyalı məmur haqqında da həbs qərarı çıxarıblar.

    17 keçmiş məmur və 22 həbs qərarı

    “Beynəlxalq İnsan Hüquqları Federasiyası”nın və “Suriya Mətbuat və Mətbuat Azadlığı Mərkəzinin” vəkili Klemans Bekart bəyan edib ki, bu üç həbs qərarı Əsədin müxtəlif repressiya üsullarını əks etdirir.

    “O, xalqına qarşı kimyəvi silahlarla, Dər’ada mülki əhalini hədəfə almaqla və jurnalistləri susdurmaqla zorakılıq törədib,” - deyə vəkil bildirib.

    Hazırda Suriya rejiminin 17 keçmiş yüksək vəzifəli məmuru Fransa məhkəmələrinin dörd müxtəlif iş üzrə beynəlxalq həbs qərarları ilə hədəfdədir.

    Bu işlər arasında Fransa vətəndaşları - suriyalı mənşəli Mazen Dəbbağ və onun oğlu Patrikin 2013-cü ildə Dəməşqdə yoxa çıxması ilə bağlı iş də yer alır.

    Beləliklə, Suriyaya dair Fransa məhkəmələrinin çıxardığı ümumi həbs qərarlarının sayı 22-yə çatıb, onların bəziləri eyni şəxsləri bir neçə dəfə hədəf alır.

    Əsəd, əgər istintaq başa çatdıqdan sonra məhkəmə qərarı çıxararsa, Fransada qiyabi şəkildə mühakimə oluna bilər.

    Beynəlxalq Cinayət Məhkəməsinin isə Suriyada törədilən cinayətlər üzərində yurisdiksiyası yoxdur, çünki Suriya Roma Statutusunu ratifikasiya etməyib və BMT Təhlükəsizlik Şurası tərəfindən bu məsələyə dair heç bir istinad qərarı qəbul edilməyib.

    #Suriya #Bəşər Əsəd #BMT Təhlükəsizlik Şurası #Mahir Əsəd #Müharibə cinayətləri #Fransa Mətbuat Agentliyi(AFP) #Milli Antiterror Prokurorluğu (Pnat) #Talal Məxluf #Suriya Respublika Qvardiyası #Beynəlxalq İnsan Hüquqları Federasiyası #Suriya Mətbuat və Mətbuat Azadlığı Mərkəzi #Klemans Bekart #Mazen Dəbbağ #kimyəvi silahlardan istifadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ qüvvələri Suriyanın Həsəkə bölgəsindəki Əl-Şəddadi bazasını tərk edir

    5 Fevral 2026 11:15

    Suriya ordusu Həsəkəyə daxil oldu

    2 Fevral 2026 17:20

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    Suriya prezidenti sabah Moskvada Putin ilə görüşəcək

    27 Yanvar 2026 19:55

    Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

    27 Yanvar 2026 19:29

    Yaxın Şərqdə silahlı qruplaşmaların "Qızıl Dövrü" bitir?

    26 Yanvar 2026 16:44

    Suriya hökuməti ilə SDQ arasında atəşkəsin müddəti uzadılıb

    24 Yanvar 2026 15:00

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42
    Demo
    XƏBƏR LENTİ

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    İran və ABŞ arasında danışıqların yeni raundu razılaşdırıldı

    Qəzza qlobal nizamın sarsılmasının simvoluna çevrilib - Burhanəddin Duran

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.