BAKI, AzerVoice, Səməd Əyyubov
Böyük Britaniyanın sabiq daxili işlər naziri İvet Kuper ölkənin xarici işlər naziri vəzifəsinə təyin edilib.
AzerVoice xəbər verir ki, bu barədə baş nazir Kir Starmerin ofisinin yaydığı açıqlamada bildirilib.
“Hörmətli İvet Kuper xarici işlər, Birlik və inkişaf məsələləri üzrə nazir vəzifəsinə təyin olunub”, - açıqlamada qeyd olunub.
56 yaşlı Kuper bu postda Devid Lammiyə əvəz edib. Lammiyə baş nazirin müavini və ədliyyə naziri vəzifələri həvalə olunub.
Xarici işlər naziri təyinatından sonra boş qalan daxili işlər naziri postuna isə bundan əvvəl Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Şabana Mahmud gətirilib.
Xatırladaq ki, bundan əvvəl Ancela Reyner vergi qalmaqalı səbəbindən Böyük Britaniyanın baş nazir müavini, mənzil-kommunal təsərrüfatı, icmalar və yerli özünüidarəetmə naziri, eləcə də Leyboristlər Partiyasının sədr müavini vəzifələrindən istefa vermişdi.