Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Ərəb ölkələri İsrailin Qəzzada törətdiyi soyqırımı, tətbiq etdiyi aclıq siyasətini və məcburi köç planlarını pisləyib

    5 Sentyabr 2025 22:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Birləşmiş Ərəb Əmirliklərinin sədrlik etdiyi Ərəb Liqasının 164-cü Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilən “Regionda Təhlükəsizlik və Əməkdaşlıq üçün Ortaq Vizyon” adlı qərar Misirin rəsmi MENA agentliyində dərc olunub.

    AzerVoice-un məlumatına görə, qərarda qeyd olunur ki, İsrail bəzi ərəb torpaqlarını işğalda saxlamaqda davam edərkən və ya digər ərəb ərazilərini ilhaqla hədələdiyi bir şəraitdə region ölkələri ilə əməkdaşlıq, inteqrasiya və birgəyaşayışa dair təşəbbüslər, o cümlədən Qəzzada atəşkəs və İbrahim sazişləri davam etdirilə bilməz. Bu səbəbdən beynəlxalq ictimaiyyətin İsrailin işğal siyasətinə, yaşayış məntəqələrinin genişləndirilməsinə, məcburi köçürmə planlarına, demoqrafik dəyişikliklərə, ərəb kimliyinin silinməsinə və müqəddəs yerlərin yəhudiləşdirilməsinə son qoyması üçün qəti mövqe ortaya qoyaraq təzyiq göstərməsi vacibdir.

    Misir Xarici İşlər Nazirliyi bəyan edib ki, heç bir tərəfə bölgəyə hakim olmaq və ya regionun təhlükəsizliyini və sabitliyini pozacaq birtərəfli təhlükəsizlik planlarını diktə etmək imkanı verilməyəcək. Nazirliyin açıqlamasında vurğulanıb ki, regional təhlükəsizlik yalnız dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqdan kənar güc tətbiqindən çəkinmək prinsiplərinə əməl etməklə təmin edilə bilər. Nazirlik həmçinin bildirib ki, İsrailin pozuntularını dayandırmaq üçün təzyiqlər artırılmalı, əks halda bölgədə sabitliyin pozulması, zorakılığın, nifrətin və radikalizmin yayılması qaçılmaz olacaq.

    İordaniya Xarici İşlər Nazirliyi isə İsrail baş naziri Benyamin Netanyahunun fələstinlilərin Qəzzanı tərk edərək Misirə getməsi ilə bağlı dediklərini sərt tənqid edib.

    Açıqlamada vurğulanıb: “İsrail hökumətindəki ifrat sağçı siyasətçilərin fələstinlilərin zorla köçürülməsi barədə bəyanatlarını ən sərt şəkildə qınayırıq. Netanyahunun fələstinlilərin Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə deportasiyası ilə bağlı dedikləri qəbuledilməzdir.”

    İordaniya XİN bəyan edib ki, bu cür açıqlamalar fələstinlilərin öz torpaqlarında qalmaq və 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququna açıq hücumdur. Bundan əlavə, İsrailin fələstinliləri məcburi köçürmək üçün blokada və aclıqdan sistematik vasitə kimi istifadə etdiyi, bunun isə beynəlxalq hüquqa və BMT qətnamələrinə zidd olduğu bildirilib. Nazirlik qeyd edib ki, fələstinlilərin deportasiyası hərbi cinayət sayılır və bu planlara qarşı bütün imkanlardan istifadə olunacaq. Açıqlamada həmçinin Misirin də deportasiya planlarına qarşı mövqeyi dəstəklədiyi vurğulanıb.

    Xatırladaq ki, İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotriç avqustun 13-də işğal altındakı Şərqi Qüdsdə fələstinlilərdən zəbt olunmuş yaşayış məntəqələrinin genişləndirilməsini nəzərdə tutan və Fələstin dövlətinin qurulması ideyasını tamamilə aradan qaldırmağı hədəfləyən “E1 layihəsi”ni təsdiqləmək niyyətində olduğunu açıqlamışdı.

    Baş nazir Netanyahu isə özünü tarixi və mənəvi missiyanı həyata keçirən lider kimi təqdim edərək işğal altındakı fələstin ərazilərini də əhatə edən “Böyük İsrail” vizyonuna sadiq olduğunu bildirmişdi. “Böyük İsrail” anlayışı Sionist Revizionist hərəkatının banisi və hakim “Likud” partiyasının ideoloqu sayılan Zeev Jabotinski də daxil olmaqla bəzi sionistlər tərəfindən indiki İsrailin yanaşı, Qəzza zolağı, İordan çayının qərb sahili və İordaniyanın bir hissəsini də əhatə edən ərazi iddiaları üçün istifadə olunur.

    #Qəzza #İsrail #Qəzza zolağı #Ərəb Liqası #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    İranla görüş çox yaxşı keçdi, gələn həftə yenidən görüşəcəyik - Tramp

    7 Fevral 2026 09:20
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.