Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Avstraliya İran səfirini ölkədən çıxarır, SEPAH-ı “terror təşkilatı” kimi tanımaq üçün addımlar atır

    26 Avqust 2025 09:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Avstraliya hökuməti İranla diplomatik münasibətlərdə misilsiz addım atıb. Xarici işlər naziri Penni Vonq çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, İranın səfiri Əhməd Sadəqi və üç diplomat “arzuolunmaz şəxs” elan edilib və onlara ölkəni tərk etmək üçün yeddi gün vaxt verilib. Bununla yanaşı, Kanberra öz səfirini də Tehrandan geri çağırıb və səfirliyin fəaliyyətini dayandırıb.

    Nazir qeyd edib ki, Avstraliya tarixində II Dünya müharibəsindən bəri ilk dəfə səfir səviyyəsində diplomat qovulur. Vonqun sözlərinə görə, bu qərar “İranın tamamilə qəbuledilməz hərəkətlərinə” cavabdır.

    Baş nazir Entoni Albanese isə xüsusi xidmət orqanlarının “çox narahatedici nəticəyə” gəldiyini açıqlayıb. O bildirib ki, İran 2024-cü ilin oktyabrında Sidneydə “Louis Continental” adlı yəhudi icmasına aid kafe, eləcə də dekabr ayında Melburnda “Adas İsrail” sinaqoquna qarşı törədilən yandırma hücumlarının arxasında dayanır. Hər iki hadisədə insan tələfatı qeydə alınmasa da, hökumət bunu “Avstraliya ərazisində xarici dövlətin həyata keçirdiyi təhlükəli düşmənçilik aktı” kimi qiymətləndirib.

    Baş nazir əlavə edib ki, Tehranın Avstraliyadakı digər antisemit hücumlarda da əli ola bilər. O, bu hücumları “cəmiyyətdə nifaq toxumu səpmək və sosial birliyi pozmaq cəhdi” adlandırıb.

    Kanberra həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınması üçün hüquqi proseslərə start verib.

    Nazir Vonq vurğulayıb ki, diplomatik kanallar tam bağlanmasa da, əsas prioritet Avstraliya vətəndaşlarının maraqlarını qorumaqdır.

    “Biz bu qərarı İranın hərəkətləri qəbuledilməz olduğu üçün verdik. Bununla belə, avstraliyalıların təhlükəsizliyi üçün minimal diplomatik əlaqələr saxlanacaq.”-deyə o bildirib.

    Qeyd edək ki, Avstraliyanın Tehrandakı səfirliyi 1968-ci ildən fəaliyyət göstərirdi. Son illərdə, xüsusilə 2023-cü ildə Qəzza müharibəsindən sonra ölkədə yəhudi icmalarına qarşı vandallıq və antisemit hücumların sayı kəskin artıb.

    #İran #Tehran #SEPAH #diplomatik əlaqələr #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #İran İnqilab Keşikçiləri Korpusu #Terror təşkilatı #ABŞ və SEPAH münasibətləri #SEPAH-ın güclənməsi #Əhməd Sadəqi #Adas İsrail sinaqoqu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    18 Yanvar 2026 21:01

    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi

    18 Yanvar 2026 18:37

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    17 Yanvar 2026 13:15

    İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 4 minə yaxınlaşıb

    17 Yanvar 2026 10:02

    İranda internet məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırılır

    17 Yanvar 2026 09:34

    Putin və Pezeşkiyan regiondakı gərginliyi müzakirə ediblər

    16 Yanvar 2026 17:05

    İranda etiraz aksiyaları zamanı həlak olanların sayı 2 min 600 nəfəri keçib

    16 Yanvar 2026 09:27

    Pekin Tehrana dəstək mesajı verdi

    15 Yanvar 2026 17:12

    Avropa İttifaqı ölkələri vətəndaşlarına İranı dərhal tərk etməyi tapşırıb

    15 Yanvar 2026 16:03

    Hakan Fidan Türkiyənin İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu bəyan edib

    15 Yanvar 2026 15:09

    Türkiyə–İran sərhədində 24 saatlıq təhlükəsizlik rejimi tətbiq olunur - Türkiyə MN

    15 Yanvar 2026 13:15

    İran hava məkanını yenidən açdı

    15 Yanvar 2026 12:23
    Demo
    XƏBƏR LENTİ

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani

    Almaniya hərbi kəşfiyyat qrupu Qrenlandiyadakı missiyasını başa vurub

    "Barselona" klubunun heyətində ciddi itki baş verdi

    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi

    Şahbaz Şərif Qəzzada Sülh Şurasına qoşulmaq üçün Trampdan dəvət alıb - Pakistan XİN

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.