Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Təkcə 2025-ci ildə Qəzzada 206 nəfər qida çatışmazlığından ölüb - ÜST

    22 Avqust 2025 16:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Təkcə 2025-ci ildə Qəzzada 206 nəfər qida çatışmazlığından ölüb.

    AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn BMT Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında Qəzza ilə bağlı kritik vəziyyət barədə məlumat verib.

    Peeperkorn bildirib ki, BMT-nin dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, avqustun 15-dən etibarən Qəzza şəhərində aclıq rəsmi olaraq təsdiqlənib. Hesabata görə, yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümlə səciyyələnən fəlakətli şəraitdədir. Bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclığın təsdiqi sayılır.

    ÜST rəsmisi vurğulayıb ki, təkcə 2025-ci ildə qida çatışmazlığı səbəbindən 206 nəfər həyatını itirib və vəziyyət sürətlə pisləşməkdə davam edir. Peeperkorn IPC təhlilinə əsaslanaraq, 2026-cı ilin iyun ayına qədər ən azı 132 min uşaq yüksək qidalanma riski altında olacaq. Bu rəqəm, 2025-ci ilin may ayındakı IPC proqnozları ilə müqayisədə iki dəfə artmışdır.

    O, aclığın insan istehsalı bir böhran olduğunu vurğulayaraq, “İndi gecikmədən və bəhanə olmadan hərəkətə keçmək vaxtıdır” - deyə bildirib. Peeperkorn həmçinin dərhal və davamlı atəşkəsin vacibliyini, bütün Qəzzalılara maneəsiz humanitar yardıma çıxışın təmin edilməsinin əhəmiyyətini qeyd edib.

    IPC hesabatında göstərilir ki, 22 aylıq qarşıdurmalardan sonra Qəzza zolağında yarım milyondan çox insan fəlakətli şəraitlə üz-üzədir və bu vəziyyət yaxın həftələrdə Qəzza şəhərindən Deyr əl-Bələx və Xan Yunisə doğru yayılacaq.

    #Fələstin #Qəzza zolağı #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #humanitar böhran #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Susuzluq və aclıq #Aclıq və qida çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzza aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    "Kurtlar Vadisi Irak" filmi Avropada niyə qadağan olundu?

    Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub

    Yanvarda Diyarbəkir aeroportunda uçuş və yük göstəriciləri geriləyib (ÖZƏL)

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.