Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Vaşinqtonda Trampla Görüşəcək

    18 Avqust 2025 09:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirəcəyi görüş üçün Vaşinqtona çatıb.

    AzerVoice xəbər verir ki, Zelenski, ABŞ mərkəzli X platformasında yayımladığı açıqlamada Trampla görüşmək üçün Vaşinqtona gəldiyini və daha sonra Avropa liderlərinin də qatılacağı bir görüş keçiriləcəyini bildirib.

    "Hamımız bu müharibəni tez və etibarlı şəkildə sona çatdırmaq üçün güclü bir istək hiss edirik. Və sülh daimi olmalıdır. Bu, illər əvvəl Ukraynanın Krımdan və şərqimizin bir hissəsi – Donbas bölgəsinin bir parçasından əl çəkməyə məcbur qaldığı və (Rusiya Prezidenti Vladimir) Putinin bunu yeni hücumu üçün tramplin kimi istifadə etdiyi zamankı kimi olmamalıdır." - deyə Zelenski qeyd edib.

    "Amerika və Avropalı dostlarımızla ortaq gücümüz Rusiyanı gerçək sülhə məcbur edəcək"

    1994-cü ildə Ukraynaya verilən təhlükəsizlik zəmanətlərinin işləmədiyini vurğulayan Zelenski əlavə edib ki, "Əlbəttə, o vaxt Krımdan imtina edilməməli idi, necə ki, 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa və ya Xarkovdan imtina etmədilər."

    O bildirib ki, ukraynalılar öz torpaqları və müstəqillikləri uğrunda mübarizə aparırlar. Sonda Zelenski Rusiyanın başladığı müharibəyə son qoymasının vacibliyini vurğulayıb.

    Qeyd edək ki, Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bu gün Ağ Evdə Zelenski və Avropa liderləri ilə keçirəcəyi görüşün əhəmiyyətini vurğulayıb. O, Avropa liderləri ilə birgə sülh prosesinə dair mühüm müzakirələrin aparılacağını qeyd edib.

    “Zelenski istəsə, Rusiya ilə müharibəni dərhal bitirə bilər, ya da döyüşə davam edə bilər. Ancaq Krım artıq geri qaytarıla bilməz. Obama onu bir güllə atmadan Rusiyaya verdi”, – deyə Tramp bildirib. O həmçinin Ukraynanın NATO-ya daxil olmasının müzakirə mövzusu olmadığını vurğulayıb.

    #Avropa #ABŞ #Vladimir Putin #Donald Tramp #Volodimir Zelenski #Amerika #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsinin sonu #Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması #Ukrayna Rusiya müharibəsində vasitəçi #Qətər Rusiya Ukrayna sülh danışıqları #Rusiya-Ukrayna müharibəsi və NATO #Rusiya Ukrayna danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

    9 Yanvar 2026 15:30

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında enerji əməkdaşlığı müzakirə edilib

    8 Yanvar 2026 15:06

    Danimarka Qrenlandiyanın müdafiəsi üçün 1952-ci il hərbi fərmanını yenidən gündəmə gətirdi

    8 Yanvar 2026 13:47

    ABŞ Somaliyə bütün yardımları dayandırdığını açıqlayıb

    8 Yanvar 2026 11:25

    Trampın Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqlədiyi açıqlanıb

    8 Yanvar 2026 09:44

    Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşücək

    8 Yanvar 2026 09:31

    Trampın hədəfi Qrenlandiyanı işğal etmək deyil, satın almaqdır - Rubio

    7 Yanvar 2026 11:14

    Sevil Mikaylova: Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır

    6 Yanvar 2026 17:28

    İran ABŞ-ın hegemonluğuna boyun əyməyəcək - SEPAH rəsmisi

    6 Yanvar 2026 13:58
    Demo
    XƏBƏR LENTİ

    Beynəlxalq hüquq məni məhdudlaşdırmır - Tramp

    Səudiyyə XİN İsrail rəsmisinin Somalilanda səfəri ilə bağlı birgə bəyanat yayıb

    20-dən çox ölkə Somalinin suverenliyini dəstəkləyərək İsrail XİN rəhbərinin Somaliland səfərini qanunsuz adlandırdı

    Bu gün BMT-nin ilk iclası keçirildi

    Tarixdə bu gün – 10 yanvar

    Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrikada birgə dəniz təlimləri keçirəcək

    Bitkoin niyə “şiddətli dalğalanır”?

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.