Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    20-dən çox ölkə Somalinin suverenliyini dəstəkləyərək İsrail XİN rəhbərinin Somaliland səfərini qanunsuz adlandırdı

    10 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    20-dən çox ölkə Somalinin suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiqləyərək, İsrailin xarici işlər nazirinin Somalinin separatçı bölgəsi olan Somalilanda səfərini qanunsuz adlandırıb. Bu barədə cümə günü yayımlanan birgə bəyanatda qeyd olunub.

    AzerVoice xəbər verir ki, birgə bəyanatda İsrailin Somalilanda müstəqil dövlət kimi tanıması rədd edilib və Tel-Əviv rəhbərliyi bu qərarı dərhal geri götürməyə çağırılıb. Sənəddə vurğulanıb ki, Somalinin ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və onun pozulması regionda onsuz da həssas olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə bilər.

    Bəyanata imza atan 21 ölkə bunlardır: Səudiyyə Ərəbistanı, Əlcəzair, Banqladeş, Komor adaları, Cibuti, Misir, Qambiya, İndoneziya, İran, İordaniya, Küveyt, Liviya, Maldiv adaları, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Somali, Sudan və Türkiyə. Həmçinin, müsəlman ölkələrinin böyük əksəriyyətini təmsil edən İslam Əməkdaşlıq Təşkilatı da bəyanatı dəstəkləyib.

    Sənəddə İsrailin xarici işlər nazirinin Somalilanda səfəri qəti şəkildə pislənib. Bildirilib ki, separatçı gündəmlərin təşviqi yolverilməzdir və bu cür addımlar Afrika Buynuzu regionunda gərginliyi artırmaq riski daşıyır. Eyni zamanda, Somalinin beynəlxalq hüquqa sadiqliyi və sülh yolu ilə əməkdaşlıq siyasəti müsbət qiymətləndirilib.

    İsrail tərəfi isə səfərdən sonra Somalilandla münasibətlərin inkişaf etdirilməsində qərarlı olduğunu açıqlayıb və Somaliland liderinin İsrailə rəsmi səfərə dəvət olunduğunu bildirib.

    Bununla yanaşı, Somaliland rəsmiləri İsrailin tanınmasının bölgədə hərbi baza yaradılmasına və ya Qəzzadan olan fələstinlilərin köçürülməsinə imkan verəcəyi iddialarını təkzib edib. İsrail rəsmiləri isə Qəzza ilə bağlı “könüllü miqrasiya” ideyasını gündəmdə saxlayır.

    Somali territorial integrity reaffirmed, countries condemn Israel Somaliland recognition, illegal visit Israeli foreign minister Somaliland, Horn of Africa geopolitical tensions, OIC backs Somalia sovereignty, secessionist agendas rejected internationally

    #20-dən çox ölkə Somalinin suverenliyini dəstəklədi #İsrail XİN rəhbərinin Somalilend səfəri beynəlxalq etirazla qarşılandı #Müsəlman ölkələri Somalilendlə bağlı İsrailin addımını pislədi #Somali ərazi bütövlüyü ətrafında beynəlxalq həmrəylik #İƏT İsrailin Somalilendi tanımasını rədd etdi #20’den fazla ülke Somali’nin egemenliğini destekledi #İsrail Dışişleri Bakanı’nın Somaliland ziyareti kınandı #Ortak bildiri: Somaliland’ın tanınması kabul edilemez #İslam ülkelerinden Somali’ye güçlü destek #İsrail’in Somaliland adımı uluslararası tepki çekti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ yardımının kəsilməsindən sonra Efiopiyada humanitar vəziyyət pisləşib

    25 Yanvar 2026 04:00

    Misirdə 25 Yanvar İnqilabı niyə demokratiya ilə nəticələnmədi?

    25 Yanvar 2026 02:00

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    24 Yanvar 2026 23:28

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    24 Yanvar 2026 22:30

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    24 Yanvar 2026 21:55

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    24 Yanvar 2026 21:21

    ABŞ-da immiqrasiya agentlərinin məsuliyyətsizliyi tənqid edilir

    24 Yanvar 2026 20:42

    Putin və Buşun gizli telefon danışıqları yayımlanıb: “Əmrinizə tabeyəm”

    24 Yanvar 2026 19:49

    Kanadanın Çinlə saziş bağyalacağı təqdirdə, 100 faiz rüsum tətbiq ediləcək - Tramp

    24 Yanvar 2026 19:31

    Fransız deputat Parisi SDQ terror təşkilatına dəstək verməyə çağırıb

    24 Yanvar 2026 19:02

    ABŞ ordusu strategiyasını dəyişir: əsas prioritet daxili təhlükəsizlik və Çin olacaq

    24 Yanvar 2026 18:42

    Rusiya və Çin Qrenlandiyada təhlükə yaratmır - ABŞ

    24 Yanvar 2026 16:24
    Demo
    XƏBƏR LENTİ

    ABŞ yardımının kəsilməsindən sonra Efiopiyada humanitar vəziyyət pisləşib

    Bu gün Rusiya ilk dəfə nüvə komanda sistemlərini aktivləşdirdi

    Misirdə 25 Yanvar İnqilabı niyə demokratiya ilə nəticələnmədi?

    Tarixdə bu gün - 25 yanvar

    YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

    NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    Rusiya İstanbulda dialoqu davam etdirməyə hazır olduğunu bəyan edib

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    Lilit: Mesopotamiya və yəhudi mifologiyasinin qaranliq siması

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.