Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar

    9 Yanvar 2026 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” 7 yanvar 2026-cı il tarixli Sərəncam ölkəmizdə dövlət-din münasibətlərinin ardıcıl şəkildə inkişaf etdirilməsinin növbəti təzahürü kimi qiymətləndirilir. Sərəncama əsasən, dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

    AzerVoice Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, sərəncamın Azərbaycan cəmiyyətində birlik, həmrəylik və sosial sabitliyin qorunması baxımından mühüm ictimai əhəmiyyət daşıdığını vurğulayan qeyri-islam dini icmalarının rəhbərləri Prezident İlham Əliyevin ünvanına təşəkkür məktubları göndərərək dini sahəyə göstərilən davamlı diqqətə, maddi və mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

    Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov dövlət başçısının dəstəyi sayəsində qurum tərəfindən həyata keçirilən layihələrin önəminə toxunaraq dövlətin dini mənsubiyyətindən asılı olmayaraq tarixi dini abidələrin qorunmasına göstərdiyi diqqəti vurğulayıb.

    Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev mədəni-dini irsimizə göstərilən davamlı diqqət və qayğıya görə minnətdarığını ifadə edib, dünyadaki islamofobiya, ksenefobiya, antisemitizm hallarının artdığı bir dövrdə Azərbaycanın nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlərə aid abidələri diqqətdə saxlamasını təqdirəlayiq hal olduğunu bildirib.

    Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski öz məktubunda yəhudi icmasının ölkəmizdə təhlükəsiz, sabit və tolerant mühitdə yaşadığını, dövlətin göstərdiyi qayğının yalnız milli deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

    Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri Robert Mobili müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu yazıb.

    Məktubunda multikulturalizmin Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirən Sefarad yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev dini və etnik müxtəlifliyin ölkəmizdə ayırıcı xətt deyil, əksinə, birlik və həmrəyliyi gücləndirən mühüm amil kimi qəbul olunduğunu vurğulayıb. Qeyd edib ki, dövlətin dini icmalara göstərdiyi davamlı diqqət bu müxtəlifliyin böyük və dəyərli sərvət kimi qiymətləndirildiyini bir daha təsdiqləyir.

    Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov qeyd edib ki, dini icmalara dövlət səviyyəsində göstərilən bu diqqət rəhbərlik etdiyi icmanın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına ali qayğının bariz nümunələrindəndir.

    İsmayıllı rayonu İvanovka kəndi, Sumqayıt şəhər və Qobustan rayonu Hilmilli kəndi “Molokan-ruhani-xristian” dini icmaları, “Vineyard Azərbaycan”, “Şərqdə Ulduz”, “Həyat sözü”, Sumqayıt şəhəri “Həyat sözü-2” Xristian dini icmaları, Bakı şəhəri və Sumqayıt şəhəri Alov-Xristian dini icmaları tərəfindən dövlət başçısına ünvanlanan məktublarda dövlətin dini konfessiyaların fəaliyyətinə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Eyni zamanda “Yeddinci Günün Adventistləri”, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri”, “Bakı şəhəri Yeni Apostol” xristian, Yevangelik xristian baptistlərin kilsəsi, Krişna Şüuru, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Yeni Həyat” Xristian incil, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmaları və Azərbaycan Bəhailəri dini mərkəzi bu yanaşmanın cəmiyyətdə qarşılıqlı anlayış və tolerantlıq mühitini daha da möhkəmləndirdiyini qeyd ediblər.

    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    Dini konfessiya rəhbərləri Prezident İlham Əliyevə təşəkkür məktubları ünvanlayıblar
    #Azərbaycan #Bakı #Avropa #Prezident İlham Əliyev #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Aleksandr Şarovski #Robert Mobili #Aleksiy Smirnov #Milix Yevdayev #Zamir İsayev #Azərbaycan Bibliya Cəmiyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    18 Yanvar 2026 13:57

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    18 Yanvar 2026 13:35

    Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

    18 Yanvar 2026 13:16

    Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək

    18 Yanvar 2026 10:24

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    17 Yanvar 2026 13:36

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    16 Yanvar 2026 12:50

    Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda iştirak edəcək

    16 Yanvar 2026 10:17
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.