BAKI, AzerVoice, Səməd Əyyubov
Rusiyanın Ryazan vilayətindəki bir müəssisədə partlayış baş verib.
AzerVoice-un məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
Partlayış yerinə əlavə olaraq 100 xilasedici göndərilib. Yeni gələn qrup Rusiya Fövqəladə Hallar Nazirliyinin “Sentrospas” aeromobil bölməsinin və Noqinsk xilasedici mərkəzinin əməkdaşlarından ibarətdir.
Məlumata əsasən, əvvəlki xilasedici heyət artıq axtarış-xilasetmə zonasına yola çıxıb. Xüsusi təyinatlı mütəxəssislər zəruri avadanlıq və alətlərlə təmin olunublar.
Bundan əvvəl Yaroslavl şəhərində sahəsi 4 500 kvadratmetr olan istehsalat müəssisəsində yanğın baş vermiş, nəticədə binanın dam örtüyü çökmüşdü.