BAKI, AzerVoice
Gələn həftə Rusiyada Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
AzerVoice Trend-ə istinadən xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat əldə edib.
Qeyd edək ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.