Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusu Qəzzada HƏMAS-ın istifadə etdiyi yeraltı tuneli bağlayıb

    15 Avqust 2025 22:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS tərəfindən istifadə olunan 7 kilometrlik yeraltı tuneli bağladığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə ordunun rəsmi saytında yayımladığı bəyanatda deyilir.

    Bildirilib ki, Beyt Hanun bölgəsində aparılan əməliyyat zamanı tunel xəttinə 20 min kubmetrdən çox izolyasiya materialı doldurulub.

    Qeyd edək ki, HƏMAS 2006-cı ildən Qəzza zolağına nəzarəti ələ aldıqdan sonra bütün bölgəni bir-birinə bağlayan geniş yeraltı tunel şəbəkəsi qurub. Sahil bölgəsinin uzunluğu cəmi 45 km, eni isə 6–14 km arasında dəyişməsinə baxmayaraq, tunellərin ümumi uzunluğunun müharibədən əvvəl ən az 500 km olduğu təxmin edilirdi.

    Bu tunellər HƏMAS tərəfindən qaçaqmalçılıq və hərbi məqsədlərlə, o cümlədən 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna edilən hücum zamanı istifadə edilib. Həmin hücumda təxminən 1 200 nəfər həlak olmuş, 250 nəfər isə girov götürülərək Qəzzaya aparılmışdı.

    İsrailin hərbi əməliyyatları nəticəsində HƏMAS-ın gücü xeyli zəifləsə də, təşkilat hələ də nəzarətində olan ərazilərdə tunellərdən əsgər daşınması, silah və ərzaq ehtiyatının saxlanması üçün istifadə edir. Bu tunellər, HƏMAS-ın qərargahlarını və möhkəmləndirilmiş sığınacaqları bir-birinə bağlayır. İsrail bəzi girovların Qəzza şəhəri və mərkəzdəki qaçqın düşərgələrinin altındakı tunellərdə saxlanıldığını iddia edir.

    Bağlanan tunel, İsrail qüvvələrinin artıq uzun müddətdir nəzarət etdiyi sərhədə yaxın ərazidə yerləşir.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #İsrail və HƏMAS müharibəsi #HƏMAS girovları #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #İsrailin HƏMAS-a qarşı siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    XƏBƏR LENTİ

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.