BAKI, AzerVoice, Nərmin Ağayeva
ABŞ Nyu Meksikoda zorakılıq və narkotik ticarətinə görə fövqəladə vəziyyət elan edilib.
AzerVoice xəbər verir ki,ABŞ-ın Nyu Meksiko ştatının hökuməti Espanola şəhəri və onun ətraf bölgələrində zorakılıq cinayətlərinin və narkotiklərin qanunsuz dövriyyəsinin artması səbəbindən fövqəladə vəziyyət elan edib.
Ştatın qubernatoru Mişel Lujan Qrisham bildirib ki, polisə kömək çağırışlarının sayı son iki ildə iki dəfədən çox artıb. Onun sözlərinə görə, cinayət fəaliyyəti evsizliyi, ailə qeyri-sabitliyini və ölümlə nəticələnən həddindən artıq dozaları artıraraq yerli idarələrə böyük yük qoyur.
Fövqəladə vəziyyət çərçivəsində Milli Qvardiyanın cəlb olunmasına və 750 min ABŞ dolları dəyərində fövqəladə fondun istifadəsinə icazə verilib. Qərar yerli məmurların artan zorakı cinayət və narkotik ticarəti ilə mübarizədə əlavə dəstək tələbindən sonra qəbul olunub.
Qeyd edək ki, Qrisham bu ilin aprel ayında da cinayət nisbətlərinin artması səbəbindən Albuquerquedə fövqəladə vəziyyət elan etmiş və Milli Qvardiya bölmələrini yerləşdirmişdi.