Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Aİ ABŞ-a qarşı cavab rüsumlarını yarım il müddətinə dondurub

    4 Avqust 2025 21:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov – Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampla əldə olunan ticarət razılaşmasından sonra ABŞ-a qarşı nəzərdə tutulmuş 93 milyard avro həcmində cavab rüsumlarını tam ləğv etməyib, yalnız yarım il müddətinə dondurub.

    AzerVoice xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, 27 iyul razılaşması çərçivəsində ABŞ-la birlikdə gömrük rüsumları ilə bağlı birgə bəyanatın icrası üzərində iş davam etdirilir. Bu məqsədlə, avqustun 7-də qüvvəyə minməsi nəzərdə tutulan cavab tədbirlərinin dayandırılması barədə qərar qəbul edilib.

    Qeyd edək ki, Avropa Komissiyasının hazırladığı cavab tədbirləri iki paketdən ibarət idi: ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi rüsumlara cavab olaraq 21 milyard avro dəyərində idxal mallarına rüsum tətbiqi və avqustun 1-dən ABŞ-ın Aİ-dən bütün idxalata 30 faizlik tarif tətbiq etməsi halında əlavə 72 milyard avro dəyərində rüsumların qüvvəyə minməsi planlaşdırılırdı.

    Bu tədbirlərin ləğv edilməyib, yalnız dondurulması o deməkdir ki, əgər ABŞ-ın Avropa mallarına tətbiq etdiyi gömrük rüsumları 15 faizi keçərsə, Aİ bu tədbirləri yenidən gündəmə gətirə bilər.

    İyulun 27-də əldə edilən razılaşmaya əsasən, ABŞ rüsumları 30 faizdən 15 faizə endirəcək, əvəzində Aİ cavab tədbirlərini tətbiq etməyəcək, üç il ərzində ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları və AES avadanlıqları alacaq, ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacaq və orada iri həcmdə hərbi sifarişlər yerləşdirəcək.

    #ABŞ #Donald Tramp #Avropa Komissiyası #Gömrük rüsumu #rüsumlar #rüsum #Gömrük rüsumları #ABŞ rüsumları #Aİ rüsum
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp: Kubaya neft və maliyyə vəsaitlərinin göndərilməsi dayandırılacaq

    11 Yanvar 2026 18:46

    İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

    11 Yanvar 2026 12:45

    2026-cı ildə avtomobil bazarında qiymət artımı gözlənilmir - Ekspert

    11 Yanvar 2026 12:30

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    Suriya Prezidenti Aİ rəhbəri ilə görüşüb

    9 Yanvar 2026 12:52

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    Danimarka Qrenlandiyanın müdafiəsi üçün 1952-ci il hərbi fərmanını yenidən gündəmə gətirdi

    8 Yanvar 2026 13:47

    ABŞ Somaliyə bütün yardımları dayandırdığını açıqlayıb

    8 Yanvar 2026 11:25

    Trampın Rusiyaya qarşı sanksiyalar qanun layihəsini təsdiqlədiyi açıqlanıb

    8 Yanvar 2026 09:44

    Tramp Ağ Evdə Kolumbiya prezidenti ilə görüşücək

    8 Yanvar 2026 09:31
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.