BAKI, AzerVoice
Dünya Uyğur Konqresi (DUK) Fransada Çin şirkətləri – Huawei, Hikvision və Dahuaya qarşı ikinci hüquqi şikayət ərizəsi təqdim edib.
AzerVoice xəbər verir ki, təşkilat, bu şirkətləri Şərqi Türküstanda uyğurlar və digər müsəlman azlıqlara qarşı törədilən insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edir.
DUK-un şikayətində qeyd olunur ki, adıçəkilən korporasiyalar Çin Kommunist Partiyasının qurduğu nəzarət sisteminə texnologiya və infrastruktur təmin edib. Buraya üz tanıma proqramları, biometrik məlumat bazaları və kütləvi izləmə mexanizmləri daxildir. Bu vasitələrin, bölgədə ixtiyari həbslərə və daimi qorxu mühitinin formalaşmasına şərait yaratdığı bildirilir.
Şikayətdə, uyğurlar və digər müsəlman azlıqların məcburi əmək şərtlərində fabriklərdə işlədildiyi də xüsusi vurğulanır. Təşkilatın iddiasına görə, bu istismar praktikalarından qlobal tədarük zəncirləri iqtisadi fayda götürüb.