BAKI, AzerVoice, Səməd Əyyubov
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin Suriya ərazilərinə qarşı həyata keçirdiyi hücumları pisləyib.
AzerVoice xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda qeyd olunub.
"Səudiyyə Ərəbistanı Krallığı İsrailin Suriya ərazisinə davamlı şəkildə həyata keçirdiyi hücumları, o cümlədən Hums və Latakiya vilayətlərində bir neçə əraziyə endirilən hava zərbələrini kəskin şəkildə pisləyir və qınayır. Nazirlik bu addımları beynəlxalq hüququn və Suriya ilə İsrail arasında 1974-cü il Ayrılma Razılaşmasının açıq-aşkar pozuntusu kimi qiymətləndirir" - deyə, bəyanatda bildirilib.