Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İsrail bir daha Qətərə hücum etməyəcək - Tramp

    16 Sentyabr 2025 09:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə təkrar hücum etməyəcəyini söyləyib.

    AzerVoice xəbər verir ki, Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə endirdiyi hava hücumu ilə bağlı danışıb.

    Qətərin "çox yaxşı bir müttəfiq olduğunu və bir çox insanın bunun fərqində olmadığını" deyən Tramp, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə yenidən hücum etməyəcəyini bildirib.

    Tramp, İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağını vurğulayaraq, “Netanyahunun Qətəri vurmayacağını, bəlkə də onların (HƏMAS-ın) ardınca gedəcəyini” ifadə edib.

    ABŞ mərkəzli Axios xəbər saytının adının açıqlanmasını istəməyən israilli rəsmilərə istinadən yaydığı xəbərdə, ABŞ-ın, iddia edildiyi kimi Qətər hücumundan “son anda deyil”, daha əvvəl məlumatlı olduğu bildirilib.

    Xəbərə görə, israilli rəsmilər Netanyahu ilə Trampın ABŞ vaxtı ilə saat 08:00-da telefonla danışdığını, Qətərə hücumun isə saat 08:51-də baş verdiyini, Trampın bu hücuma “yox” demədiyini qeyd ediblər.

    ABŞ Prezidenti Tramp, həmin hücumdan xəbərdar olub-olmaması ilə bağlı suala “Xeyr” cavabını vermiş və Qətəri “önəmli bir tərəfdaş” olaraq xarakterizə etmişdi.

    ABŞ rəsmiləri isə raketləri havada gördüklərini, İsraildən açıqlama istədiklərini və bu yolla hücumdan xəbərdar olduqlarını irəli sürmüşdülər.

    ABŞ-ın hücumdan xəbər tutmasından sonra isə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qətəri məlumatlandırmaq istədiyi, lakin gecikdiyi iddia olunub.

    Qeyd edək ki, İsrail ordusu 9 sentyabr tarixində Dohada HƏMAS-ın danışıqlar heyətinin yerləşdiyi binaya döyüş təyyarələri ilə hücum etmişdi.

    HƏMAS rəhbərliyinin xilas olduğu bu hücumda, HƏMAS Siyasi Bürosunun üzvü Halil əl-Hayyenin oğlu, 4 HƏMAS üzvü və bir qətərli polis olmaqla 6 nəfər həlak olmuşdu.

    İsrail Baş naziri Benyamin Netanyahu isə 10 sentyabrda verdiyi açıqlamada Qətərə, “Ya onları ölkədən çıxarırsınız, ya da ədalətə təslim edirsiniz. Əgər bunu etməsəniz, biz edəcəyik.” sözləri ilə yeni hücum təhdidi etmişdi.

    #Benyamin Netanyahu #Qətər #Doha #Tramp və Netanyahu münasibətləri #Netanyahu və Suriya məsələsi #Netanyahu və İsrail hökuməti #Dohada görüş #Doha partlayış #İsrail hücumu Qətər #İsrail Qətər gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    Hakan Fidan və Qətər Baş naziri arasında regional məsələlər müzakirə olunub

    6 Fevral 2026 14:11

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    Asiya Olimpiya Şurasına yeni rəhbər seçilib

    26 Yanvar 2026 16:37

    Typhoon qırıcılarının tədarükü üçün Qətərdə üçtərəfli kritik görüş keçirilib

    22 Yanvar 2026 13:34

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərdədir

    19 Yanvar 2026 14:11

    IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb

    16 Yanvar 2026 14:33

    Həmd bin Cəssim İrana zərbə riskinə qarşı xəbərdarlıq edib

    14 Yanvar 2026 16:38

    Azərbaycan nümayəndəsinin iştirakı ilə Dohada Beynəlxalq Parlamentlər İttifaqının İcraiyyə Komitəsinin 298-ci sessiyası keçirilir

    14 Yanvar 2026 13:45

    İran rəsmisi mülki vətəndaşların ölümünə görə birbaşa ABŞ və İsraili məsuliyyətli tutub

    14 Yanvar 2026 10:48
    Demo
    XƏBƏR LENTİ

    MİT Qüds barədə 1909-cu ilə aid tarixi kəşfiyyat sənədini yayımlayıb

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    İordaniya Kralı II Abdullah Türkiyəyə rəsmi səfər edib

    Müəllimi güllələyən şagird həbs edildi

    Şagirdin güllələdiyi müəllim palataya köçürüldü

    Salah Səudiyyə Ərəbistanına gələrsə, Ronaldo gedə bilər

    Ceyhun Bayramov pakistanlı həmkarına zəng edib başsağlığı verdi

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    Müəllimi qorumaq gələcəyimizi qorumaqdır

    “Xatirələr sahilində” filminin nümayişi keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.