BAKI, AzerVoice
Şimali Koreya və Rusiya arasında ilk birbaşa Moskva–Pxenyan marşrutu açılır.
AzerVoice xəbər verir ki, iyulun
27-dən etibarən Şimali Koreya ilə Rusiya arasında Moskva və
Pxenyanı birləşdirən birbaşa müntəzəm uçuşlar başlayacaq.
Bu, iki ölkənin paytaxtlarını birləşdirən ilk birbaşa aviareys
olacaq.
Rusiya Nəqliyyat Nazirliyinin açıqlamasına görə, uçuşları Rusiyanın aşağı büdcəli “Nordwind Airlines” şirkəti həyata keçirəcək. Həftədə iki dəfə reallaşacaq reyslərin təxminən 8 saat davam edəcəyi bildirilib.
Xatırladaq ki, indiyədək Şimali Koreya ilə Rusiya arasında yalnız Pxenyan–Vladivostok marşrutu mövcud idi. İki ölkə arasında əməkdaşlıq, xüsusilə müdafiə və nəqliyyat sahələrində son aylarda daha da intensivləşib.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişindən sonra Şimali Koreya və Rusiya əməkdaşlığını genişləndirib. 2024-cü ildə Tumen çayı üzərində avtomobil körpüsünün inşasına başlanılıb, Pxenyan–Moskva dəmir yolu əlaqəsi bərpa edilib və yaxın vaxtlarda dəniz nəqliyyat xətlərinin də qurulacağı gözlənilir.