Əsas səhifə » İsraildə CNN əməkdaşlarına hücum edilib

İsraildə CNN əməkdaşlarına hücum edilib

BAKI, AzerVoice

İordan çayının qərb sahillərində CNN əməkdaşları hədəf alınıb.

AzerVoice xəbər verir ki, işğal olunmuş Fələstin ərazisi olan İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşan İsraillilərin hücumları davam edir.

İsraillilər əvvəlcə Fələstin avtomobillərini yandırıblar, sonra isə CNN İnternational heyətini hədəfə alıblar. Həlak olan amerikalı fələstinli uşağın dəfn mərasimini izləyən CNN heyətinə hücum edilib və onların avtomobilinin şüşəsi sındırılıb.

Daha sonra məskunlaşanlar Fələstin avtomobillərini yandırıblar. Burqa kəndindəki dayanacaqda saxlanılan fələstinlilərə məxsus maşınlar yandırılıb.

Burqa kəndindən bir fələstinli Fələstinin rəsmi xəbər agentliyi WAFA-ya bildirib ki, İsrail polisi məskunlaşanların hücumlarından sonra hadisə yerinə gəlib, lakin heç kim həbs olunmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice