Əsas səhifə » İsrail Suriyanın cənubuna hava hücumu edib

İsrail Suriyanın cənubuna hava hücumu edib

BAKI, AzerVoice

İsrail Suriyanın cənubuna hücum edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb. Bildirilib ki, hücumlar Təl-Əviv hökumətinin göstərişi ilə Suriyanın cənubunda həyata keçirilib.

Ordunun məlumatına görə, Süveydaya aparan yolların hədəf alındığını bildirib.

Açıqlamada Suriyanın Süveyda şəhərinə edilən hücumlarda hərbi maşınların hədəf alındığı iddia edilib.

İsrail ordusu zirehli transportyorlar və tankların da olduğu Suriya konvoyunun Süveyda bölgəsinə keçməsinin qarşısını almaq üçün dünən hava hücumu təşkil edildiyini iddia edib.

Bildirilib ki, tanklar, zirehli transportyorlar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri daşıyan çoxsaylı zirehli döyüş maşınları, həmçinin Süveydaya gedən yollar vurulub.

Digər Kateqoriyalar

2025 © Azervoice