BAKI, AzerVoice
15 iyul gecəsi, dövlət çevrilişi zamanı millətimiz tarix yazdı.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul Demokratiya və Milli Birlik Günü Anım Proqramı çərçivəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.
"Bu millət həmin gecə bir tarix yazdı. Daşıdığı güclü imanla bu millət min ildir ki, məzlumlara ümid, düşmənlərə qorxu verən bir millətdir. FETÖ-çülərin ölkəmizi sürükləmək istədiyi çirkli bataqlıq o gecə göstərilən mübarizə ilə quruduldu. Bu işğal cəhdi dəf edildi" - deyə, Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti həmçinin, dövlət çevrilişini dəstəkləyənlərə də səslənib:
"Bəziləri bu müqavimətə “teatr” deyirdi və yaxud “nəzarət olunan çevriliş” böhtanını atırdı. Dövlət çevrilişini dəstəkləyənlər hər zaman utanc hissi ilə xatırlanacaqlar."
Son olaraq, Ərdoğan, Türkiyə xalqının mübarizəsinə dəstək verən millət vəkillərinə təşəkkürünü bildirib.
"Heç bir siyasi partiya ayırmadan, xalqın gələcək mübarizəsinə dəstək verən bütün millət vəkillərinə təşəkkür edirəm. Qazilərimizin apardığı mübarizə heç vaxt boşa getməyəcək. Addım-addım irəlilədiyimiz “Terrorsuz Türkiyə” inşallah onların əsəri olacaq" - deyə, o yekunlaşdırıb.