Əsas səhifə » Adıyamanda meşə yanğını baş verib

Adıyamanda meşə yanğını baş verib

BAKI, AzerVoice

Adıyamanda 200 hektarlıq meşə yanğını nəzarət altına alınıb.

AzerVoice xəbər verir ki, Adıyamanda hələ də səbəbi müəyyən edilməyən meşə yanğını baş verib. Alov qısa müddətdə geniş əraziyə yayılaraq təxminən 200 hektar meşə sahəsini bürüyüb.

Yanğın xəbərindən sonra əraziyə Meşə İdarəsi və yanğınsöndürmə qrupları sövq edilib. Onlar həm qurudan, həm də havadan alovla mübarizə aparıblar.

Uzun sürən müdaxilədən sonra yanğın nəzarət altına alınıb. Bununla belə, yenidən alovlanma ehtimalının qarşısını almaq üçün ərazidə söndürmə və soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Türkiyədə artan meşə yanğınlarının əsas səbəbi İlk növbədə, iqlim dəyişikliyi nəticəsində ölkədə yay aylarında havanın həddindən artıq isti və quraq keçməsidir. Bundan əlavə, insan faktoru da mühüm rol oynayır. Siqaret izmaritlərinin yerə atılması, nəzarətsiz şəkildə od qalamaq, anız yandırmaq və digər ehtiyatsız davranışlar yanğınlara səbəb ola bilir. Bəzi hallarda isə yanğınların qəsdən törədildiyi, xüsusilə torpaq əldə etmək və ya turizm məqsədilə meşə ərazilərinin yandırıldığı qeyd olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice