Əsas səhifə » Pentaqon hərbi kəşfiyyat ehtiyacları üçün Konqresdən 33,6 dolar istəyib

Pentaqon hərbi kəşfiyyat ehtiyacları üçün Konqresdən 33,6 dolar istəyib

BAKI, AzerVoice

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2026-cı maliyyə ili (1 oktyabrda başlayır) üçün hərbi kəşfiyyat ehtiyacları məqsədilə Konqresdən 33,6 milyard dollar ayrılmasını istəyib.

AzerVoice xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında qeyd olunub.

Açıqlamada bildirilib ki, 33,6 milyard dollarlıq məbləğ hərbi kəşfiyyat proqramı üçün nəzərdə tutulub və bu məbləğ müdafiə nazirliyinin strateji prioritetlərinə uyğundur. Pentaqon hesab edir ki, bu məbləğin açıqlanması proqram çərçivəsində həyata keçirilən gizli əməliyyatları təhlükə altına salmır.

Nazirlik əlavə edib ki, proqram barədə ətraflı məlumat milli təhlükəsizlik səbəbi ilə məxfi olaraq qalacaq və açıqlanmayacaq.

Xatırladaq ki, keçən maliyyə ilində Pentaqon hərbi kəşfiyyata 29,8 milyard dollar, 2023-cü ildə 27,9 milyard dollar, 2022-ci ildə 24,1 milyard dollar və 2021-ci ildə 23,3 milyard dollar xərcləmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice