Əsas səhifə » Aİ yaxın beş il ərzindəki məqsədini açıqlayıb

Aİ yaxın beş il ərzindəki məqsədini açıqlayıb

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) ölkələrinin ordularının döyüş hazırlığı artırılmalı və yaxın beş il ərzində hərbi təhlükələrə avtonom şəkildə cavab vermə qabiliyyəti əldə edilməlidir.

AzerVoice xəbər verir ki, bu barədə Aİ-nin müdafiə və təhlükəsizlik üzrə sammitinin yekun sənədində qeyd olunub.

“2025-ci il 6 mart tarixində keçirilmiş Aİ sammitinin qərarını xatırladaraq, Avropa Şurası qərara alır ki, Avropa daha suveren olmalı, öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalı və mövcud və gələcək təhlükələrə hərbi baxımdan 360 dərəcəlik yanaşma ilə müstəqil cavab vermək üçün daha yaxşı təchiz olunmalıdır. Bu məqsədə çatmaq üçün qarşıdakı beş il ərzində Avropa müdafiə qabiliyyəti ciddi şəkildə artırılmalıdır” - deyə, sənəddə bildirilib.

Sammit Aİ-nin NATO-nun müdafiə sahəsində hərbi xərclərin əhəmiyyətli dərəcədə artırılması planlarını tam şəkildə dəstəklədiyini təsdiqləyib. Həmçinin vurğulanıb ki, hərbi sənayenin genişləndirilməsi sürətləndirilməli, bu prosesə özəl sektor, kiçik müəssisələr və hərbi startaplar da cəlb edilməlidir. Bundan başqa, pilotsuz uçuş aparatları (PUA) və süni intellekt də daxil olmaqla innovativ hərbi texnologiyalara intensiv investisiyalar edilməlidir.

Digər Kateqoriyalar

2025 © Azervoice