Əsas səhifə » Türkiyə Almaniyadan “Eurofighter” almağa yaxınlaşır

Türkiyə Almaniyadan “Eurofighter” almağa yaxınlaşır

BAKI, AzerVoice

Türkiyə “Eurofighter” təyyarələri üçün Almaniya ilə danışıqlara başlayıb.

AzerVoice xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyadan “Eurofighter” döyüş təyyarələri almaq istəyi ilə bağlı proses sürətlənib.

NATO Liderlər Zirvəsində Ərdoğan və Almaniya kansleri Fridrix Merz arasında baş tutan danışıqlardan sonra konkret addımlar atılıb.

Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç bu məqsədlə Berlində rəsmi görüşlər keçirib. Kılıç sosial media hesabında Berlin səfəri çərçivəsində Almaniya Xarici İşlər Nazirliyində dövlət naziri Serap Gülər, Federal Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Armin Laşet və Müdafiə Nazirliyinin parlament dövlət katibi Nils Şmid ilə bir araya gəldiyini açıqlayıb.

Kılıç görüşlərin məhsuldar keçdiyini bildirərək, əsas müzakirə mövzularının Türkiyə-Almaniya müdafiə sənayesi əməkdaşlığı, xarici siyasət məsələləri və Almaniyada yaşayan türk icmasının problemləri olduğunu qeyd edib.

Qeyd edək ki, Türkiyə “Eurofighter Typhoon” təyyarələri ilə bağlı danışıqları bir müddətdir davam etdirir. Bu prosesin irəliləməsi NATO daxilində strateji əməkdaşlığa da təsir göstərə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice