Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ ilə İran arasında növbəti danışıqların keçirilməsi üçün konkret tarix yoxdur - Ağ Ev

    26 İyun 2025 22:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Hazırda ABŞ ilə İran arasında növbəti danışıqların keçirilməsi üçün hər hansı konkret tarix müəyyən edilməyib.

    AzerVoice xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

    Jurnalistlər ABŞ Prezidenti Donald Trampın gələn həftə ABŞ və İran nümayəndə heyətlərinin görüşəcəyi barədə bəyanatına dair təfərrüatları soruşublar. Livitt cavabında bildirib: “Hazırda planlaşdırılmış heç bir görüş yoxdur, lakin bu səhər Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffla geniş müzakirə apardım və sizi əmin edə bilərəm ki, iranlılarla əlaqə saxlamağa davam edirik. Bu prosesdə əsas vasitəçilərimiz olan qətərlilər bizə böyük dəstək göstərirlər.”

    Onun sözlərinə görə, Uitkoff İranın nüvə proqramı ilə bağlı razılaşmaya nail olmaq üçün işlərini davam etdirir.

    “Prezident [Donald Tramp] şənbə axşamı güc tətbiq etdi. Bütün dünya ABŞ-ın dəqiq zərbələri ilə dünyanın ən güclü döyüş qüvvəsi olduğunu gördü. Amma prezident sülh istəyir, o, həmişə bunu istəyib. Hazırda biz İranla münasibətlərdə diplomatik yoldayıq. Prezident və komandası, xüsusilə də Uitkoff, İranla və regiondakı körfəz ölkələri və ərəb tərəfdaşlarımızla danışıqları davam etdirirlər ki, İranla razılaşmaya gəlinə bilsin” - deyə, Livitt əlavə edib.

    Livittin sözlərinə görə, bu danışıqların əsas məqsədi davamlı sülhə nail olmaqdır.

    Qeyd edək ki, çərşənbə günü Haaqada keçirilən NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp administrasiyanın gələn həftə İranla onun nüvə proqramı ilə bağlı danışıqlar aparmağı və razılıq əldə etməyi planlaşdırdığını açıqlamışdı.

    #İran #ABŞ #Donald Tramp #Ağ Ev #İranın nüvə proqramı #ABŞ-İran arasında nüvə danışıqları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna qoşunların təmas xəttində atəşkəsin tərəfdarıdır - Zelenski

    14 Dekabr 2025 18:54

    İran AEBA ilə lazım olduğu halda müxtəlif səviyyələrdə danışıqlar apara bilər – Bəqai

    14 Dekabr 2025 16:01

    Türkiyədən İrana sement ixracı azalıb (ÖZƏL)

    14 Dekabr 2025 12:00

    Tramp Suriyada ABŞ hərbçilərinin öldürülməsinə münasibət bildirib

    14 Dekabr 2025 10:01

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    ABŞ prezidentinin yeni “Air Force One” təyyarəsinin təhvili gecikir

    13 Dekabr 2025 15:39

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    13 Dekabr 2025 14:15

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    13 Dekabr 2025 12:44

    Qazaxıstan və Türkmənistana etdiyim son səfərlər müsbət və konstruktiv nəticələr verdi - Pezeşkian

    13 Dekabr 2025 11:59

    Türkiyədən İrana dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    13 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    Türkiyə limanları 58 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Bu gün ABŞ İraqdakı müharibənin başa çatdığını elan etdi

    Tarixdə bu gün – 15 Dekabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.