Əsas səhifə » “Azərbaycanfilm” kinostudiyasının istifadə olunmayan anbarında partlayış olub - Nazirlik

“Azərbaycanfilm” kinostudiyasının istifadə olunmayan anbarında partlayış olub - Nazirlik

Bakı. AzerVoice:

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.

Mədəniyyət Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Əlavə məlumatlar rəsmi mənbələrdən daxil olduqca ictimaiyyətə çatdırılacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice