BAKI, AzerVoice
İsrail ilə sərhəddə döyüşməyə hazırıq.
AzerVoice xəbər verir ki, Hizbullahın baş katibi Naim Kasım İsraillə silahlı qarşıdurmaya dair ehtimalı dəyərləndirərək, Livan dövləti qərar verəcəyi təqdirdə İsrailə qarşı güc tətbiqinə hazır olduqlarını bəyan edib.
Kasım çıxışında bildirib ki, Livan sərhədlərini qorumaq üçün mübarizəyə hazırdır: “Əgər Livan dövləti İsraili güc yolu ilə çıxarmağa qərar verərsə, biz sərhəddə döyüşməyə hazırıq. Biz heç vaxt təslim olmayacağıq və bu vətəni gələcək nəsillərə şərəflə buraxmaq üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, 2024-cü ilin noyabrında İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin hücumları davam edir. Müqavilədə yer alan geri çəkilmə maddəsinə zidd olaraq İsrail ordusu sərhəddəki 5 strateji nöqtədə mövcudluğunu saxlayır.
Son aylarda İsrailin hava və quru hücumları Livanın cənubunda ciddi dağıntılara səbəb olub. Hədəfə alınan avtomobillər və yaşayış məntəqələri bölgədə gərginliyi daha da artırır.