BAKI, AzerVoice
Antalyanın iki rayonunda eyni vaxtda meşə yanğını baş verib.
AzerVoice xəbər verir ki, Antalyanın Alanya və Aksu rayonlarında meşəlik ərazilərdə yanğın başlayıb və alovlara havadan və qurudan müdaxilə olunur.
Yanğınlar Alanyanın Mahmutseydi Kızılalan və Aksunun Kurşunlu məhəlləsində qeydə alınıb. Hazırda yanğının səbəbi məlum olmasa da, Antalya Meşə Region Müdirliyinə bağlı yanğınsöndürmə qrupları dərhal əraziyə cəlb edilib.
Hava dəstəyi ilə birlikdə yanğının genişlənməsinin qarşısının alınması üçün intensiv tədbirlər görülür. Müdaxilə prosesi davam edir.
Qeyd edək ki, yay aylarında Türkiyədə meşə yanğınları riski artdığından Fövqəladə Hallar və Meşə Təsərrüfatı orqanları yüksək hazırlıq vəziyyətində saxlanılır.