Əsas səhifə » Husilər ABŞ üçün problem olaraq qalacaq - Rəsmi

Husilər ABŞ üçün problem olaraq qalacaq - Rəsmi

BAKI, AzerVoice

Husilər ABŞ üçün hələ ki, problem olaraq qalacaq.

AzerVoice xəbər verir ki, bunu ABŞ Senatındakı dinləmələr zamanı Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç deyib.

“Gözlənilir ki, husilər bizim üçün davamlı bir problem olaraq qalacaq və gələcəkdə bu problemlə bir neçə dəfə yenidən üzləşəcəyik” - deyə, o bildirib.

Xatırladaq ki, iyunun 22-də, husilər bu ilin əvvəlində ABŞ ilə əldə olunmuş atəşkəs razılaşmasının qüvvəsini itirdiyini bildirmiş və Qırmızı dənizdəki Amerika gəmilərinə qarşı hücumları bərpa edəcəklərini bəyan etmişdilər.

İyunun əvvəlində Pentaqon ABŞ prezidenti Donald Trampın Aleksus Qrinkeviçi NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali baş komandanı və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) rəhbəri vəzifələrinə təyin etdiyini açıqlamışdı. Hazırda onun namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənməlidir. Müdafiə naziri Pit Heqset bildirib ki, NATO artıq Qrinkeviçin namizədliyini təsdiqləyib.

Digər Kateqoriyalar

2025 © Azervoice