Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İsrailin məğlubedilməzlik mifi çökdü - Pezeşkianın xalqa müraciətindən

    24 İyun 2025 21:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrail İrana qarşı heç bir hədəfə nail ola bilmədi.

    AzerVoice xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa müraciyətində deyib.

    "Hərçənd ki, bəzi həmvətənlərimizin, qadın və uşaqlarımızın, alimlərimizin və igid komandirlərimizin şəhid olması və infrastruktur obyektlərinə dəyən zərər ölkəmiz üçün böyük bir itki hesab olunur, lakin düşmənə (İsrail nəzərdə tutulur - red.) dəyən zərər, bütün media senzurasına baxmayaraq, təsəvvür ediləndən qat-qat çox olub. Düşmən rejim atom infrastrukturlarını məhv etmək, nüvə elmini sıradan çıxarmaq və sosial ayrıseçkilik yaratmaq planlarında uğursuz oldu. Əvəzində, sionist rejimin məğlubedilməzlik mifinin çökməsi və onun əsas obyekt və qurumlarının geniş şəkildə məhv edilməsi dünyaya bu mühüm mesajı verdi: Böyük İranla qarşıdurmanın bədəli son dərəcə ağırdır" - deyə, o bildirib.

    Pezeşkian İsraillə atəşkəsin əldə olunması və münaqişənin dayandırılması münasibətilə İran xalqına təşəkkür edib.

    "Biz bu dəyərli birlik və həmrəyliyi davam etdirməyə çalışmalıyıq. Bu gündən etibarən daha parlaq bir gələcək və daha güclü bir İran üçün birlikdə və çiyin-çiyinə çalışacağıq. Əziz xalqımıza dərin təşəkkürümü bildirirəm. Xüsusilə İran İslam Respublikası Ordusu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Polis Qüvvələri (Fəraja), Bəsic qüvvələri, Kəşfiyyat və Müdafiə nazirlikləri, yanğınsöndürənlər, Qızıl Aypara, tibb işçiləri, xidmət sahəsində çalışanlar, media nümayəndələri, sənətçilər, idmançılar və bu böyük tarixi mərhələdə öz möhtəşəm rolunu oynayan siyasi və ictimai fəallara minnətdarlığımı bildirirəm. Bütün dövlət qurumları, nazirliklər və qurumlar bu gündən etibarən zərərçəkmişlərə dəymiş ziyanın aradan qaldırılması və bərpa işlərinə yönələcək" - deyə, Pezeşkian vurğulayıb.

    Pezeşkian həmçinin, İranın qonşu islam ölkələri arasında sülh və sabitliyə xidmət etdiyinə xüsusi vurğu edib:

    "Qonşu və region ölkələrinə də bildirmək istəyirəm ki, İran İslam Respublikasının gücü və müdafiə bacarığı həmişə qardaş islam ölkələri və tarixi qonşular arasında sülh və dostluğa xidmət edib və edəcək. Hamımızın ayıqlığı, aramızda təfriqə və ixtilaf yaratmaq istəyən düşmənlərin planlarını puç edəcək. İnşallah" - deyə, o yekunlaşdırıb.

    Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

    Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

    ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

    ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

    #İsrail #İran #ABŞ #SEPAH #hava hücumu #Məsud Pezeşkian #İsrail-İran münaqişəsi #İran Silahlı Qüvvələri #İsrail İran hücumu 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan beynəlxalq hüquqa yanaşmasında prisnsipial mövqeyindən heç vaxt çəkilməyib - Ceyhun Bayramov

    26 Dekabr 2025 16:38

    Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələnin açılacağına ümid edirik - Fərid Şəfiyev

    26 Dekabr 2025 11:46

    ABŞ Nigeriyada İŞİD hədəflərinə zərbə endirib

    26 Dekabr 2025 11:23

    Çin ABŞ-ni Çin–Hindistan münasibətlərini pozmağa çalışmaqda ittiham edib

    25 Dekabr 2025 16:47

    Əfqanıstanın polis rəisi Tehranda öldürülüb

    25 Dekabr 2025 12:28

    ABŞ Prezidenti Donald Tramp Demokratları sərt tənqid edərək bayram təbrikləri göndərib

    25 Dekabr 2025 11:29

    MOSSAD Livanda gizli əməliyyat keçirdi

    25 Dekabr 2025 09:27

    Texas sahillərində Meksika hərbi təyyarəsi qəzaya uğrayıb

    23 Dekabr 2025 12:16

    Donald Tramp Kasım-Jomart Tokayevə hədiyyələr göndərib

    23 Dekabr 2025 09:51

    BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişi üzrə iclas keçirəcək

    23 Dekabr 2025 09:37

    ABŞ səfiri İranın nüvə obyektlərini yenidən bərpa etməyə çalışdığını bildirib

    22 Dekabr 2025 19:33

    Ukrayna Donetski itirə biləcəyini qapalı danışıqlarda qəbul edir - ABŞ vitse-prezidenti

    22 Dekabr 2025 18:38
    Demo
    XƏBƏR LENTİ

    “3+3” formatında növbəti görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi təklifi qəbul edilməyib - Nazir

    Avropa Sülh Fondundan Azərbaycana 20 milyon manat yardım təklifi qaldırılıb - XİN rəhbəri

    Ermənistana məhsul daşınmasında tariflərlə bağlı razılıq əldə edilib - Ceyhun Bayramov

    Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb - Nazir

    Rusiya-Ukrayna müharibəsinin tez başa çatmasını istəyirik - Ceyhun Bayramov

    Tramp və Zelenski 28 Dekabrda Floridada sülh planını müzakirə edəcək

    Nazir Ermənistan və Azərbaycan arasında rəsmi səfərlərlə bağlı məsələyə aydınlıq gətirib

    Rusiya tərəfindən AZAL təyyarəsinin zədələnməsi ilə bağlı təqdim olunan məlumatlar Azərbaycanı ciddi təəccübləndirib - Nazir

    Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibini təsdiq edib

    TDT-nin beynəlxalq çəkisi üzvlərinin gücündən asılıdır - XİN rəhbəri

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.