BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail və İran arasında əldə edilən atəşkəs razılaşmasına münasibət bildirib.
AzerVoice xəbər verir ki, o, hər iki ölkəni atəşkəsə riayət etməyə çağırıb və bölgədə digər münaqişələrdə də oxşar razılaşmaların əldə olunacağına ümid etdiyini qeyd edib.
Quterreş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəsin müsbət addım olduğunu vurğulayıb.
“İsrail və İran arasındakı toqquşmalar çox sayda insanın əziyyət çəkməsinə səbəb olub. Bu zorakılıq dayanmalıdır”- deyə o bildiribş
Baş katib qeyd edib ki, uzun müddətdir davam edən bu münaqişələr regional sabitliyə ciddi təhdid yaradır və hər iki xalq üçün böyük fəlakətlərə yol açır.
O, beynəlxalq ictimaiyyəti atəşkəsin davamlı olması üçün səyləri artırmağa çağırıb.