Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Trampın Atəşkəsi: İsrail və İran arasında sülh yoxsa yeni gərginliyin başlanğıcı?

    24 İyun 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrail və İran arasında əldə olunan atəşkəs razılaşması bir sıra suallar doğurur.

    ABŞ Prezidenti Donald Trampın İrana qarşı nüvə obyektlərinə endirdiyi bombardman hücumundan yalnız bir neçə gün sonra elan etdiyi atəşkəs təşəbbüsü dünya ictimaiyyətində sürprizlə qarşılandı. Tramp, bu addımla İsrailin təhlükəsizliyini təmin edəcəyinə və uzunmüddətli müharibədən yayınacağına ümid edirdi.

    Razılaşmanın detalları hələ də qaranlıqdır

    Reuters-in Vaşinqtondan verdiyi məlumata görə, Trampın sosial şəbəkələrdə elan etdiyi “tam və əhatəli atəşkəs” razılaşmasının detalları açıqlanmayıb. Hələlik bəlli deyil ki, bu razılaşma real və uzunmüddətli sülhə çevrilə biləcəkmi. Həmçinin, İran və ABŞ arasında dayandırılmış nüvə danışıqlarının yenidən başlanacağı, yaxud İranın zənginləşdirilmiş uran ehtiyatlarının aqibəti də sual altındadır.

    ABŞ-ın kəşfiyyat üzrə keçmiş rəsmisi Conatan Panikof bildirib ki ,: “İsrail bəzi əsas hədəflərinə çatıb, İran isə çıxış yolu axtarır. ABŞ bu prosesin sonun başlanğıcı olacağına ümid edir. Amma əsas məsələ bundan sonra nə olacağıdır”.

    İsrail atəşkəsə rəğmən həyəcan təbili çalır

    İsrail Müdafiə Qüvvələri atəşkəsə baxmayaraq təhlükənin hələ də davam etdiyini bəyan edib. Ordu sözçüsü Efi Defrin bildirib ki, “bütün qoşunlar yüksək hazırlıq vəziyyətindədir və hər hansı pozuntuya dərhal cavab veriləcək”.

    Eyni zamanda, İsrailin səhiyyə qurumları Beersheba şəhərinə raket hücumu nəticəsində tələfat olduğunu təsdiqləyib. İranın isə atəşkəsə razılıq verdiyi, lakin xarici işlər naziri Abbas Araqçinin açıqlamasına görə, İsrail hücumlarını dayandırmadığı müddətdə bu razılaşmanın bir əhəmiyyət daşımayacağı vurğulanıb.

    Trampın “güc yolu ilə sülh” siyasəti və daxili siyasət hədəfləri

    Donald Tramp, İranın nüvə silahı əldə etmək üzrə olduğunu iddia edən İsrailin mövqeyini dəstəkləyib. Halbuki ABŞ-ın öz kəşfiyyat orqanları bu fikri bölüşmür. Trampın atəşkəsi elan etməsi, İranın Qətərdəki ABŞ hərbi bazasına etdiyi, lakin itki ilə nəticələnməyən raket hücumuna cavab olaraq 30 min funtluq bunker dağıdıcı bombalarla İran nüvə obyektlərinin vurulmasından sonra baş verib.

    Ağ Ev rəsmiləri İranın cavab hücumunu qəsdən məhdud saxladığını, bununla ABŞ-la eskalasiyadan qaçmaq istədiyini bildiriblər.
    Tramp bu prosesdə həm İsrail, həm də İranla dialoqa çağırış edib. Məlumata görə, o, İsrailin baş naziri Benyamin Netanyahu ilə birbaşa, İranla isə dolayı kanallarla – ABŞ-ın xüsusi elçisi, vitse-prezidenti və dövlət katibi vasitəsilə təmasda olub. Bu danışıqlarda Qətərin vasitəçi rolu da xüsusi qeyd edilir.

    Ağ Evin sözçüsünün bildirdiyinə görə, “İran çox zəif vəziyyətdədir” və bu, onların atəşkəsə razılıq verməsində rol oynayıb. Çünki İran son günlər ərzində nüvə obyektlərinə və yüksək səviyyəli alimlərə yönəlmiş hücumlarla ciddi itkilər verib.

    İsrailin atəşi davam etdirəcəyi ilə bağlı siqnallar

    İsrailin müdafiə naziri İsrael Kats İranın razılaşmanı pozduğunu iddia edərək orduya Tehrana qarşı hücum əmri verib. Bu zaman İran tərəfi raket atışı ittihamlarını təkzib edib. Kats, "İran rejiminə məxsus infrastrukturlar və terror obyektləri hədəfdə olacaq" deyib. Bu isə bir daha göstərir ki, monitorinq və razılaşmanın icrasına nəzarət mexanizmi yoxdur.

    Yekun suallar və narahatlıqlar

    Trampın bu addımı – İrana hərbi müdaxilə – onun xarici siyasətində indiyədək imtina etdiyi bir ssenaridir. Bununla o, həm daxildəki tənqidləri susdurmağa, həm də “Amerikanı yenidən böyük etmək” devizini qoruyaraq, diqqəti daxili prioritetlərə – miqrasiya və ticarət məsələlərinə yönəltməyə çalışır.

    Ancaq Tramp və komandası İranla bağlı suallardan və gərginlikdən qaça bilməyəcək. Yaxın Şərq üzrə veteran diplomat Dennis Ross qeyd edir ki, “atəşkəs İran üçün vacibdir, lakin nüvə və ballistik raket proqramlarının, uranın taleyi kimi məsələlər danışıqlar tələb edir və bu, asan olmayacaq”

    #İsrail #İran #ABŞ #Donald Tramp #İsrail və İran gərginliyi #İran-ABŞ münasibətləri #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İranın nüvə proqramı #İran-İsrail geosiyasi mübarizəsi #ABŞ-İran münasibətləri #İran nüvə proqramı #İran və İsrail gərginliyi #İran-İsrail gərginliyi #İsrailin hava hücumları #İranın nüvə danışıqları #İran və İsrail kəşfiyyat savaşı #İran-ABŞ gərginliyi #İran-İsrail münaqişəsi #İranın nüvə silahlanma ehtimalı #İran və İsrail arasında hərbi toqquşma riski #İran və İsrail münasibətləri #İsrailin hava zərbələri #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #İsrailin Yaxın Şərqdə hərbi strategiyası #İran və İsrail qarşıdurması #İran ABŞ danışıqları #İran-İsrail münasibətləri #İran ABŞ diplomatiyası #İran-ABŞ Muskat görüşü #İran–ABŞ danışıqları #İsrailin İran hücumu #İran-ABŞ əlaqələri #İran-ABŞ nüvə gərginliyi #İsrail İran hücumu #İranın nüvə obyektləri #İran-İsrail qarşıdurması #İsrail İran hücumu 2025 #İran İsrail qarşıdurması #İsrail İran əməliyyatı 2025 #ABŞ-İsrail-İran üçbucağı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51
    XƏBƏR LENTİ

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.