Əsas səhifə » Norveç Ukraynaya PUA alışı üçün 642 milyon dollar ayıracaq

Norveç Ukraynaya PUA alışı üçün 642 milyon dollar ayıracaq

BAKI, AzerVoice

Norveç hökuməti Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 6,5 milyard Norveç kronu (təxminən 642 milyon ABŞ dolları) ayıracaq.

AzerVoice xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi Norveç hakimiyyətinə istinadla yayıb.

Norveçin Baş naziri Yonas Qar Störe iyunun 20-də çıxışı zamanı bildirib ki, ölkəsi NATO-nun tələblərinə uyğun olaraq müdafiə və təhlükəsizlik xərclərini ÜDM-in 5 faizinə çatdırmağı planlaşdırır. Onun sözlərinə görə, bu məbləğin 3,5 faizi birbaşa olaraq hərbi məqsədlərə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyinə yönəldiləcək.

Qalan 1,5 faiz isə Norveçin milli təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice