Əsas səhifə » "Brent" markalı neftin qiyməti 67 dollardan aşağı düşüb

"Brent" markalı neftin qiyməti 67 dollardan aşağı düşüb

BAKI, AzerVoice

Cari ilin avqust ayı üçün tədarükü nəzərdə tutulan "Brent" markalı neftin fyuçers qiyməti Londonun ICE birjasında iyunu 11-dən bəri ilk dəfə olaraq bir barel üçün 67 dollardan aşağı düşüb.

AzerVoice xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 20:58-də "Brent"in qiyməti 5,29 faiz azalaraq bir barel üçün 66,91 dollara düşüb.

Saat 21:03-ə olan məlumata görə isə, "Brent" markalı neftin fyuçersi enişini bir qədər yavaşladaraq 67,05 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, "WTI" markalı neftin fyuçersi isə 3,93 faiz ucuzlaşaraq 64,24 dollar səviyyəsinə düşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice