BAKI, AzerVoice
"Çelsi"nin futbolçusu Nikolas Cekson FIFA Klublararası Dünya Çempionatında iki oyunluq diskvalifikasiya olunub.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Seneqallı hücumçu qrup mərhələsinin ikinci turunda qırmızı vərəqə aldığına görə əlavə bir oyunluq cəza alıb. O, "Flamenqo"ya qarşı keçirilən və 1:3 hesabıyla başa çatan oyunun 68-ci dəqiqəsində — meydana daxil olduqdan cəmi dörd dəqiqə sonra kobud fula görə qovulub.
Nəticədə Cekson qrup mərhələsinin üçüncü turunda "Esperans"a qarşı matçı buraxacaq və əgər London təmsilçisi 1/8 finala yüksəlsə, həmin oyunda da iştirak edə bilməyəcək.
FIFA Klublararası Dünya Çempiyonatı
D qrupu:
"Flamenqo" - 6 xal
"Çelsi" - 3 xal
"Esperans" - 3 xal
"Los-Anceles" - 0 xal