Əsas səhifə » Çin ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu qınayıb

Çin ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu qınayıb

BAKI, AzerVoice

Çin, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbəni qəti şəkildə pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin mətbuat bürosu rəsmi bəyanat yayıb.

“Çin, MAQATE-nin nəzarətində olan nüvə obyektlərinə qarşı ABŞ-ın İrana endirdiyi zərbəni qətiyyətlə pisləyir” - deyə, bəyanatda qeyd olunub.

Çin XİN həmçinin bildirib ki, Vaşinqtonun bu addımı BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, eləcə də beynəlxalq hüququ ciddi şəkildə pozur və Yaxın Şərqdə gərginliyi daha da artırır.

Nazirlik bütün tərəfləri mümkün qədər tez mülki əhalinin təhlükəsizliyini təmin etməyə və dialoqa başlamağa çağırıb. Çin, eyni zamanda, beynəlxalq ictimaiyyətlə birlikdə ədaləti müdafiə etməyə və Yaxın Şərqdə sülh və sabitliyi bərpa etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice