Əsas səhifə » Suriya nümayəndə heyəti Moskvaya dəvət olunub

Suriya nümayəndə heyəti Moskvaya dəvət olunub

BAKI, AzerVoice

Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya rəsmi səfər üçün dəvət alıb.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Biz Suriyadakı tərəfdaşlarla əlaqələri davam etdiririk, hər şey hələlik plan üzrə gedir. Ümid edirik ki, qarşılıqlı anlaşma əldə edəcəyik. Dəməşqdən nümayəndə heyətini gözləyirik və səfərin vaxtı ilə bağlı təklifləri dəyərləndiririk” – deyə rusiyalı diplomat vurğulayıb.

Boqdanov əlavə edib ki, Rusiya ilə Suriya arasında hərbi bazaların fəaliyyəti ilə bağlı daimi təmaslar saxlanılır və bu mövzuda dialoq davam etdirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice