Əsas səhifə » İsrail İranın hərbi infrastrukturuna yeni hücuma başlayıb

İsrail İranın hərbi infrastrukturuna yeni hücuma başlayıb

BAKI, AzerVoice

İsrail ordusu İranın mərkəzi və qərbində hərbi infrastruktura hava zərbələr endirib.

AzerVoice xəbər verir ki, İsrail ordusu İrana hücumlarla bağlı yazılı açıqlama verib.

Bəyanatda İsrail ordusunun İranın mərkəzi və qərbindəki hərbi infrastrukturlara hücum etdiyi bildirilib, lakin hücumun təfərrüatları açıqlanmayıb.

Hücumla bağlı İran rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə, eləcə də ordunun yüksək komandanlığına qarşı irimiqyaslı hücumlara başlayıb.

İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub.

İranın Səhiyyə Nazirliyi iyunun 15-də İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi sayının 224, yaralıların sayının isə 1277-dən çox olduğunu açıqlayıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice