Əsas səhifə » Britaniya İrandakı nümayəndəliklərinin əməkdaşlarını təxliyə edib

Britaniya İrandakı nümayəndəliklərinin əməkdaşlarını təxliyə edib

BAKI, AzerVoice

Böyük Britaniya, İran və İsrail arasında gərginləşən münaqişə fonunda İrandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını təxliyə edib.

AzerVoice xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında yayımlanan açıqlamada bildirilib.

“Britaniya əməkdaşları müvəqqəti olaraq İrandan təxliyə edilib. Səfirliyimiz fəaliyyətini distant şəkildə davam etdirir” – deyə, açıqlamada qeyd olunub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice