7
BAKI, AzerVoice
ABŞ-ın İsrail-İran münaqişəsinə müdaxiləsi gərginliyin Yaxın Şərqin digər ölkələrinə də yayılmasına səbəb olacaq.
AzerVoice xəbər verir ki, bu barədə İranın Cenevrədəki daimi nümayəndəsi açıqlama verib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.