Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Qəzzada 2 milyon insan üçün cəmi 1500 xəstəxana çarpayısı qalıb - ÜST

    17 İyun 2025 14:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəzzada 2 milyon insana cəmi 1500 xəstəxana çarpayısı var.

    AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Rik Peeperkorn Qəzzada səhiyyə sisteminin kritik vəziyyətdə olduğunu bildirib.

    Onun sözlərinə görə, 2 milyon insan üçün cəmi 1500 xəstəxana çarpayısı mövcuddur və bu da mövcud humanitar vəziyyətin nə qədər ağır olduğunu göstərir.

    Peeperkorn bu açıqlamanı BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında onlayn iştirak edərək verib. O qeyd edib ki, Qəzzadakı 36 xəstəxanadan yalnız 17-si qismən fəaliyyət göstərir və Qəzzanın şimalında bütün səhiyyə ocaqları fəaliyyətini dayandırıb.

    ÜST rəsmisi bildirib ki, bölgənin 80 faizindən çoxu İsrailin “evakuasiya əmrləri” altında qalır, tibbi ləvazimatlar tükənmək üzrədir və ehtiyatların yarıdan çoxu artıq istifadə olunub. Peeperkorn əlavə edib ki, son 100 gündə Qəzzaya heç bir yanacaq daxil olmayıb, bu isə su, kanalizasiya və səhiyyə xidmətlərinin çökməsinə səbəb olur.

    “Yanacaq çatışmazlığı infeksiya nəzarəti və xəstəliklərin yayılmasının qarşısının alınması tədbirlərinə də mənfi təsir göstərir. Qəzzada səhiyyə sistemi tamamilə çökür,” – deyə o vurğulayıb.

    Qeyd edək ki, yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-də Qəzzaya hücumları yenidən bərpa edib. İsrailin 7 oktyabr 2023-cü ildən bəri həyata keçirdiyi hücumlar nəticəsində indiyədək 55 min 432 fələstinli həyatını itirib, 128 min 923 nəfər yaralanıb.

    Mayın 27-dən bəri isə “Qəzzəyə Humanitar Yardım Fondu”nun paylama nöqtələrinə edilən hücumlarda 338 nəfər ölüb, 2831 nəfər yaralanıb. İsrailin bölgədəki hücum planlarını daimi işğala çevirmək istədiyi bildirilir. Baş nazir Benyamin Netanyahu bu planın açıq şəkildə həyata keçiriləcəyini bəyan edib.

    İyunun 13-də İrana qarşı başladığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda İsrail, Qəzzaya hücumlarını da paralel şəkildə davam etdirir.

    #Qəzza zolağı #BMT #Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Fələstin və beynəlxalq yardım #Qəzzada humanitar böhran #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzzə və İsrail arasındakı gərginlik #səhiyyə böhranı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12
    XƏBƏR LENTİ

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    Türkiyədə 3,5 bal gücündə zəlzələ baş verib

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor TƏYİNATI

    Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin olunub

    Misofobiya: Mikroblardan duyulan patoloji qorxu

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    BYD qlobal avtomobil sektorunda necə liderə çevrildi?

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.