Əsas səhifə » İsrail-İran gərginliyi dayandırılmalıdır - Quterreş

İsrail-İran gərginliyi dayandırılmalıdır - Quterreş

BAKI, AzerVoice

BMT Baş katibi Quterreş İsrail-İran gərginliyi ilə bağlı çağırış edib.

AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrail və İran arasında artan gərginliklə bağlı açıqlama verib.

Quterreş rəsmi “X” (əvvəlki Twitter) sosial şəbəkə hesabında paylaşdığı bəyanatda İsrailin İranın nüvə obyektlərinə qarşı hücumlarını və Tehranın buna cavab tədbirlərini xatırladaraq, “Artıq dayanma vaxtıdır” ifadəsini işlədib.

O, bölgədə gərginliyin artmasına diqqət çəkərək, vəziyyətin sülh və diplomatiya yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həyatını itirərkən, mülki itkilərin ümumi sayının 78 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab hücumu nəticəsində azı 63 nəfər yaralanıb.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice