BAKI, AzerVoice
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri, admiral Əli Şəmxaninin vəziyyəti ağır olaraq qiymətləndirilir.
AzerVoice xəbər verir ki, məlumata görə, İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları zamanı Əli Şəmxaninin yaşadığı ev də hədəf alınıb. Yaralı halda xəstəxanaya çatdırılan Şəmxaninin vəziyyəti kritik olaraq qalır. Həkimlər onun sağ qalma ehtimalını çox aşağı qiymətləndirirlər.
Yüksək rütbəli komandirlər hədəfdə
Qeyd edək ki, İsrailin bu gün İrana qarşı həyata keçirdiyi hərbi hava hücumları nəticəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Baqeri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami də daxil olmaqla çox sayda yüksək rütbəli hərbi şəxs həlak olub.
Hazırda İran rəsmiləri hücumların nəticələrini araşdırır və cavab addımlarını qiymətləndirirlər.